BAKI, 20 noy – Sputnik. İngiltərənin paytaxtı Londonda çirkin hadisə yaşanıb. Queen Mary Universitetinin bir qrup İslam düşməni tələbəsi müqəddəs Quran kitablarını topa halında su kanalına atıblar.
Bu hadisə Avropa qitəsində İslamofobiyanın hansı səviyyəyə çatdığını bir daha göstərib.
İslam əleyhdarlarının etmiş olduğu bu hücum, ictimaiyyət tərəfindən də sərt qınanıb.