Bu, Fransaya yox, bütövlüklə Avropa dəyərlərinə hücumdur

© Sputnik / Vitaly Belousov / Mediabanka keçidFlowers at France Embassy in Moscow
Flowers at  France Embassy  in Moscow - Sputnik Azərbaycan
Abunə olmaq
Parisin terrorçulara cavabı: köhnə mahnılar və İŞİD-ə yeni zərbələr

Bu, Fransaya yox, bütövlüklə Avropa dəyərlərinə hücumdur
Noyabrın 13-dən 14-ə keçən gecə böyük şəhər ardıcıl terror aktları nəticəsində ölənlərə görə susdu. Həftə sonu ərzində Paris sakinlərinə zərurət olmadığı təqdirdə evlərdən çıxmamaq tövsiyyə olundu. Fransanın paytaxtına dövlət qoşunları daxil oldu, fövqəladə vəziyyət elan olundu, bir çox təşkilatlar, məktəblər, böyük market və bazarlar, Luvr və digər muzeylər, eləcə də Eyfel qülləsi və digər abidələr bağlandı. Ölkədə üç günlük matəm elan olundu.

Eyni zamanda, Fransa hərbi hava qüvvələri İŞİD qruplaşmasının mövqelərinə, xüsusən də İŞİD-in paytaxtı hesab olunan Əl-Raqqa şəhərinə kütləvi zərbə vurdu. Nəticədə, İŞİD-in komandanlıq postu, eləcə də təlim-məşq düşərgəsi məhv edildi. Fransanın Yaxın Şərqdəki əməliyyatı “Opération Chammal” adını daşıyır (Şamal- İraq və Körfəz ölkələri üzərindən əsən şimal-qərb küləyidir). Bazar günü bu əməliyyata 10-u döyüş təyyarəsi olmaqla 12 təyyarə qatılıb. Onlar terrorçuların mövqelərinə 20 bomba atıblar. 

Fransanın İŞİD-ə qarşı əməliyyatı İraq rəhbərliyinin beynəlxalq ictimaiyyətdən hərbi yardım istəməsindən sonra başlayıb. İndi fransızlar da amerikalılar kimi, İŞİD tərəfindən işğal olunan Suriya şəhərlərini bombalayırlar. Suriya prezidenti Bəşər Əsəd kömək üçün rəsmi olaraq Rusiyaya müraciət edib, lakin indi o, çətin ki, Fransanın da İŞİD-i bombalamasına etiraz edə.

Fransa hərbi hava qüvvələri İŞİD mövqelərini ilk dəfə sentyabrın sonunda bombalayıblar, keçən həftə isə onlar qruplaşmanın neft obyektlərinə zərbələr endiriblər. 

Fransada terrorçu və miqrantlar

Uzun illər ərzində Fransa yüz minlərlə miqrant qəbul edərək onlara sosial müavinətlər, mənzil, pulsuz təhsil və sağlamlıq xidməti verib. Orada çoxlu avropalı, eləcə də Əlcəzair, Mərakeş və Tunisdən olan miqrantlar yaşayır. Son illər orada Türkiyə və Yaxın Şərq miqrantlarının da sayı artıb. 

Fransanın paytaxt ətrafı əraziləri təhlükəli yerə çevrilib. Orada tez-tez iğtişaş və cinayətlər baş verir. Güman edilir ki, məhz orada yeni terrorçular yetişdirilir. Belə ki, Parisdəki terror hadisəsininin iştirakçılarından biri, Fransa vətəndaşı Sami Amimur iki il əvvəl Suriyaya səyahət edib. “Bataklan” teatrında özünü partladan Amimur, 1987-ci ildə Parisdə anadan olub. 2012-ci ildə o, Yəmənə getməyə cəhd edib, 2013-cü ildə isə onun haqda beynəlxalq həbs qərarı verilib. Paris prokurorluğu bildirib ki, bazar ertəsi onun ailəsinin üç üzvü saxlanılıb.

Daha bir terrorçu – 20 yaşlı Bilal Hadfi də Fransa vətəndaşı olub. O, özünü “Stade de France” yaxınlığında partladıb. Digər terrorçular – Belçika vətəndaşlarının da adları məlumdur.

Avropa İttifaqının Yaxın Qonşuluq Siyasəti və Genişlənmə üzrə komissarı Yohannes Han bildirib ki, bu teraktlar tək Fransa və onun xalqına deyil, bütövlüklə Avropa və onun yaşam tərzinə qarşı hücumdur. O qeyd edib ki, terror hadisəsi və miqrasiya problemini bir-birinə aid etmək olmaz, bu iki fərqli məsələlərdir.

Fransızlar sınmaz

Ölkə ərazisində axtarışlar keçirildi, xüsusən də müsəlman ailələrin yaşadığı evlərdə. Fransanın baş naziri Manuel Valls bildirdi ki, Fransa İŞİD-i bombalamağa davam edəcək. O eləcə də hesab edir ki, ölkə uzun müddət terror təhlükəsi ilə yaşayacaq və yeni hücumlara hazır olmaq lazımdır.

Paris sakinlərinin hərbi əməliyyatın davamı haqda fikirləri fərqli olsa belə, əsas məsələdə onlar həmrəkdirlər: fransızlar sınmaz və qorxmazdırlar, onlar öz dəyərləri uğrunda çox mübarizə aparıblar və terror təhlükəsinə görə geri çəkilməyəcəklər.

Noyabrın 13-ü yaxınlığında partlayışlar baş verən stadiondakı azərkeşlər bir-birinə dəstək oldular, sonra evə qayıdarkən isə Fransanın himnini oxudular. İndi isə bu himni Fransız xalqına dəstək və həmrəkliyi bildirmək üçün bütün dünyada oxuyurlar.

Yəqin ki, fransızlar bir müddət daha ehtiyyatlı olacaqlar, kənar şəxslərə şübhə ilə yanaşacaqlar, polisə tez-tez zəng edəcəklər. Onlar terrorçu vəhşiliyini unutmayacaqlar, lakin yenidən böyük şəhərin havasından zövq almaq üçün Paris kafelərinin terraslarına qayıdacaqlar.

Anastasiya Melnikova,

“Rossiya seqodnya” BİA-nin şərhçisi

Xəbər lenti
0