İŞİD nefti 20 dollara satır

© thenypost.files.wordpress.comİŞİD Liviyada şəhər ələ keçirdi
İŞİD Liviyada şəhər ələ keçirdi - Sputnik Azərbaycan
Abunə olmaq
Politoloq Ərəstun Oruclu: “Artıq İŞİD o dərəcə də müstəqilləşib və o dərəcə də işlək strategiya qurub ki, onun sponsura ehtiyacı yoxdur”

İŞİD nefti 20 dollara satır
“İŞİD 40 ölkədən maliyyələşir. Bu ölkələrin arasında "Böyük İyirmiliyin" üzvü olan ölkələr də var” — ötən həftə Böyük İyirmiliyin" (G-20) sammitində çıxış edən Rusiya prezidenti Vladimir Putin belə deyib. O, bildirib ki, bu terror qruplaşmasının neftdən və neft məhsullarından gəlir əldə etməsinin qarşısı alınmalıdır. 

BBC-nin bu yaxınlarda apardığı araşdırmadan məlum olur ki, təşkilatın büdcəsi əsasən neft və neftdən gələn gəlirlər hesabına formalaşır, neftlə yanaşı Yaxın Şərqdəki, xüsusilə də Səudiyyə və Qətərdəki varlı fərdi donorlar, həmçinin İslam xeyriyyəçilərinin ayırdığı ianələr ilkin gəlir mənbələri arasında yer alır. Təkcə adam oğurluğundan İŞİD 2014-cü ildə 20 milyon dollar gəlir əldə edib. 

 Bununla bağlı suallarımızı Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri politoloq Ərəstun Oruclu cavablandırıb.

- “G-20” sammitində Rusiya prezidenti, həmçinin Almaniya kansleri beynəlxalq terrorun, əsasən də İŞİD-in maliyyə mənbələrinin kəsilməsinin vacib olduğunu, bu istiqamətdə addımlar atacaqlarını bildiriblər. Sizcə buna müyəssər olmaq mümkündürmü?

— Maliyyə dediyimiz şey hamının diqqətini çəkən, ehtiyacı olan bir şeydir. Məlumdur ki, İŞİD-in ilkin kapitalı kənardan qoyulub. Sonra bunlar Suriyada bir sıra bankları ələ keçirdilər və həmin banklardan vəsait əldə elədilər. Daha sonra İraqda bəzi neft məkanlarını nəzarətə götürdülər və həmin nefti satmağa başladılar. “Financial Times” göstərmişdir ki, İraqda Türkiyənin Ceyhan limanına gələn neftdən daha çox neft satılır.Yəni ki, satılan neft rəsmi rəqəmlərdəkindən daha çoxdur. Orada naviqasiya cədvəlləri götürülmüşdür və detallı araşdırma aparılmışdır. Deməli bu cəlbedicidir ona görə ki, birjada qiyməti 45-48 dollar civarında dəyişən nefti İŞİD 20 dollara satırsa təbii ki, onun alıcıları mütləq olacaq. Bu bazardır onlar isə bazar qaydalarını yaxşı bilirlər. Digər tərəfdən isə bütün bu şeyləri araşdırmaq və onu izləmək, o cümlədən bu cür iş birliyinə gedənlərin beynəlxalq səviyyədə cəzalandırılması mexanizmlərini işləyib hazırlamaq olarsa düşünürəm ki, buna tam olmasa da xeyli dərəcədə müyəssər olmaq mümkündür. Artıq İŞİD o dərəcə də müstəqilləşib və o dərəcə də işlək strategiya qurub ki, onun sponsura ehtiyacı yoxdur. O özü pul qazanır və hamıya qarşı çevrilibdir. Məsəl üçün  Rusiya təyyarəsinin partladılmasını götürək. Türkiyəyə qarşı teror aktları həyata keçiriblər, ABŞ-ı hədələyirlər, Avropada teror törətdilər, ərəb ölkələrində də törədirlər deməli faktiki olaraq İŞİD artıq təklənib. Belə olan halda digər dövlətləri bu və ya digər formada İŞİD-ilə əməkdaşlıqdan çəkindirmək üçün ciddi sanksiya mexanizmləri işlənməlidir.Mən inanıram ki,bu mexanizm işlənərsə effektiv olacaqdır. 

- Ümumiyytələ, terrora qarşı beynəlxalq koalisiya bundan sonra nə dərəcə də mütəşşəkil forma alacaq?

— Nə dərəcədə mütəşşəkil forma alcağını söyləmək çətindir. Amma, istənilən halda hər kəs İŞİD-ın hədəfinə gəlirsə bunun üçün zəmin var. Bu gün faktiki olaraq beynəlxalq koalisya mövcuddur. Əsəd məsələsində fikir ayrılığı olduğundan Rusiya və İran bir qədər fərqli mövqedədir. Əgər Əsədin taleyi məsələsi ümumi bir platforma yaratmağa imkan verəcəksə, düşünürəm ki, bundan sonra artıq bu texniki məsələ olacaq anlaşılmaz məqəmlar qalmaycaq. Hamı qəbul edir ki, İŞİD düşməndir, İŞİD insanlıq üçün təhlükədir. İŞİD terorun qloballaşması baxımından çox ciddi təhdiddir. Amma, Əsəd məsələsində fikir ayrılığı var. Bir tərəfdə Rusiya və İran, digər tərəfdə isə Qərb və digər ərəb dövlətləri amma, ümid eliyək ki, bu məsələdə ən azı Əsədə müəyyən təminatlar verilmək şərtiylə anlaşma əldə olunacaq. Suriyada quru əməliyyatları başlamadığı üçün İŞİD hələlik özünü bu cür aparır. Hər hansı bir dövlət və ya beynəlxalq koalisiya quru əməliyyatlarına başlayanda 90% əminliklə demək olar ki, İŞİD faktoru çox qısa müddətdə gündəmdən çıxacaq. Onların nizami orduyla döyüşmək potensialı və təcrübəsi yoxdur. İŞİD-ın bu gün döyüşdüyü Əsəd və İraq ordusuna isə nizami ordu deyə bilmərik, onlar artıq nizami durumda deyillər. Amma,hansısa NATO və ya Rusiya ordusu, yaxud NATO-Rusiya koalisiyası ora daxil olarsa şübhəsiz ki, bu artıq İŞİD-ın sonu olacaq. 

Xəbər lenti
0