BAKI, 19 noy-Sputnik. Rusiyaya qarşı sanksiyaların müddəti uzadılacaq.
Sputnik APA-ya istinadən xəbər verir ki, bu barədə "Wall Street Journal" qəzeti yazıb.
Qəzetin yazdığına görə, Parisdə baş vermiş terror aktlarından sonra Rusiya ilə Qərb arasında qarşılıqlı əlaqələrin güclənməsinə baxmayaraq, Avropa liderləri 2016-cı ilin yanvarında Moskvaya qarşı sanksiyaların müddətinin uzadılacağını istisna etmirlər.
"Rusiya prezidenti V.Putinin mövqeyinin möhkəmlənməsi Ukrayna hökumətini narahat edib. Avropa İttifaqı buna biganə yanaşa bilməz. Hətta İŞİD-ə qarşı ümumi mübarizə iqtisadi sanksiyaların aradan qaldırılmasını mümkün etmir", yazıda qeyd olunur.
2014-cü ilin yayından Avropa İttifaqı Rusiya qarşı sektoral iqtisadi sanksiyalar tətbiq edib. İqtisadi sanksiyalar paketi əsasən bank sistemi, müdafiə sənayesi və energetika sahələrini əhatə edir.