QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Prezidentlərin görüşü dekabrın əvvəllərində baş tuta bilər

Алиев - Саргсян
Алиев - Саргсян - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan və Ermənistan prezidentlərinin görüşü dekabrın əvvəlində baş tuta bilər. Bunu Ermənistanın hakim partiyasının mətbuat katibi, parlamentin vitse-spikeri Eduard Şarmazanov bildirib.

BAKI, 19 noy — Sputnik. Azərbaycan və Ermənistan prezidentlərinin görüşü dekabrın əvvəlində baş tuta bilər.

Sputnik-in RİA "Novosti"-yə istindan verdiyi məlumata görə, bunu Ermənistanın hakim partiyasının mətbuat katibi, parlamentin vitse-spikeri Eduard Şarmazanov bildirib.

"Prezidentlərin görüşü yaxın həftələrdə keçiriləcək. Güman  edirəm ki, Əliyev-Sarkisyan görüşü dekabrın əvvəlində baş tutacaq. Görüşün hansı gündə və harada keçiriləcəyi barədə əlavə məlumat veriləcək", — deyə E. Şarmazanov vurğulayıb.

Qeyd edək ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri oktyabrın 26-28-də regiona səfər ediblər. Səfərin yekunlarına dair yaydıqları bəyanatda həmsədrlər bildiriblər ki, Azərbaycan və Ermənistan prezidentləri ilin sonunadək  yüksək səviyyədə görüşün keçirilməsinə hazır olduqlarını təsdiqləyiblər. 

Xəbər lenti
0