BAKI, 18 noy – Sputnik. Bir neçə gün əvvəl terrorla sarsılan Fransada yenidən silah səsləri eşidilib. Paytaxt Parisin şimalında yerləşən Sen-Deni qəsəbəsində bir neçə yüz polis əməkdaşının keçirdiyi antiterror əməliyyatı zamanı atışma yaşanıb.
Polis, Parisdəki terror aktlarını törətməkdə şübhəli bilinənlərin gizləndiyi ehtimal olunan mənzili mühasirəyə alaraq, əməliyyat keçirib. Elə bu zaman atışma baş verib. Bir neçə polis yaralanıb.
Məlumata görə, fransa polisi şübhəli bilinən 3 nəfəri tutub, daha iki nəfər isə hələ də mənzildə gizlənir. Təhlükəsizlik qüvvələri yerli əhalini küçəyə çıxmamağa çağırıb.