BAKI, 18 noy — Sputnik. AVRO-2016-nın Fransada keçiriləcək final mərhələsinin püşkatma mərasimi dekabrın 12-də baş tutacaq.
Tədbirdə 6 qrupa bölünəcək komandalar püşk zamanı 4 səbətdə yer alacaq.
Keçirilmiş sonuncu pley-off oyunlarından sonra artıq səbətlərin tam tərkibi müəyyənləşib.
1-ci səbət
Fransa, İspaniya, Almaniya, İngiltərə, Portuqaliya, Belçika
2-ci səbət
İtaliya, Rusiya, İsveçrə, Avstriya, Xorvatiya, Ukrayna
3-cü səbət
Çexiya, İsveç, Polşa, Rumıniya, Slovakiya, Macarıstan
4-cü səbət
Türkiyə, İrlandiya, İslandiya, Uels, Albaniya, Şimali İrlandiya