"Böyük İyirmilik"dən əsas mesaj

саммит G20 в Анталье
саммит G20 в Анталье - Sputnik Azərbaycan
Abunə olmaq
Terrora qarşı qlobal cəbhə yaranır

Türkiyənin Antalya şəhərində ilin əsas iqtisadi hadisəsi hesab edilən G20 (“böyük iyirmilik”) ölkələrinin liderlərinin iki günlük sammitində  G20-yə sədrlik edən Türkiyənin təşəbbüsü ilə qlobal iqtisadiyyat məsələlərindən başqa, terrorla mübarizə, qaçqınlara yardım və miqrasiya problemləri kimi aktual məsələlər müzakirə edilib.

 Sammit çərçivəsində iqtisadi inkişaf, sərmayələr, məşğulluq mövzusunda keçirilən müzakirələrdə Azərbaycan prezidenti İlham Əliyev çıxış edib. APA-nın xəbərinə görə, Azərbaycan prezidenti son vaxtlar Türkiyə və Fransada baş vermiş terror aktları ilə bağlı hər iki xalqa başsağlığı verib. Prezident Azərbaycanın Türkiyə və Fransanın yanında olduğunu qeyd edib.

 Sammit çərçivəsində keçirilən işçi naharda terrorizmə qarşı mübarizə və qaçqın böhranı mövzusunda müzakirələrdə çıxış edən Prezident İlham Əliyev bildirib ki, Azərbaycan beynəlxalq terrorizmlə mübarizədə fəal iştirak edir, Əfqanıstanda koalisiya qüvvələrinin işinə qoşulan ilk ölkələrdən biri olub. O qeyd edib ki, Azərbaycan özü terrorizmdən əziyyət çəkən ölkələrdəndir və bu terrorizm Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətinin tərkib hissəsidir. Ermənistan terror təşkilatı tərəfindən Azərbaycanda törədilən terror aktları nəticəsində 2 mindən çox Azərbaycan vətəndaşı həlak olub.Azərbaycan torpaqlarının işğalı məsələsinə toxunan dövlət başçısı deyib ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizi zəbt olunub. Prezident bildirib ki,Azərbaycana qarşı etnik təmizləmə siyasəti həyata keçirilib. İşğal nəticəsində Azərbaycan humanitar fəlakətlə üzləşib, bir milyona yaxın soydaşımız öz doğma torpaqlarından didərgin düşüb. BMT Təhlükəsizlik Şurasının 20 ildən çoxdur ki, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etməsinə baxmayaraq, Ermənistan tərəfi indiyədək buna məhəl qoymur-deyə İlham Əliyev qeyd edib.

 Prezidentin sözlərinə görə, dünyanın bir nömrəli beynəlxalq təşkilatı tərəfindən qəbul edilmiş qərarlara Ermənistan tərəfindən əməl olunmaması çox ciddi məsələdir. O xüsusi olaraq vurğulayıb ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız və yalnız beynəlxalq hüquq normalarına uyğun, Azərbaycanın ərazi bütövlüyü əsasında həll olunmalıdır.

Sammitə ev sahibliyi edən Türkiyәnin prezidenti çıxışında bildirib ki, terrorizm hamının sülh vә tәhlükәsizliyinә tәhdid olmaqda davam edir. R.T. Ərdoğan qeyd edib ki, terrorla mübarizә iradәmiz daha güclü davam etmәlidir. Türkiyә prezidenti  qlobal böhranın başladığı 2008-ci ildәn bu yana bu problemi hәll etmәk mümkün olmadığını deyib. O bildirib ki, atılan bütün addımlara baxmayaraq, hәlә güclü iqtisadi performansa nail olmamışıq. Beynәlxalq  birliyin getdikcә daha çox әhәmiyyәt kәsb etdiyini deyən Ərdoğan vurğulayııb ki, dünyanın bizdәn daha fәrqli gözlәntilәri var.

Zirvə toplantısı çərçivəsində dövlət və hökumət başçıları arasında bir sıra ikitərəfli görüşlər keçirilib Rusiya vә ABŞ prezidentlәri Valdimir Putin vә Barak Obama arasında qısa görüş olub. Liderlәr sammitin işçi iclası arası fasilәdәn istifadә edәrәk ayrıca fikir mübadilәsi aparıblar.Foyeda baş tutan görüşdә prezidentlәrlә yanaşı yalnız tәrcümәçilәr iştirak edib.

 Dünya liderləri "Böyük 20-lik" ölkələrinin Antalyada keçirilən sammitində kəşfiyyat sahəsində imformasiya mübadiləsi eləmək, terrorçuların maliyyə mənbələrini kəsmək və Avropada sərhədlərin təhlükəsizliyini möhkəmləndirmək qərarına gəliblər. Bunu iki günlük sammitin sonunda Almaniyanın kansleri Angela Merkel bəyan edib. O qeyd edib ki, terrorçuluq problemi yalnız hərbi yolla həll edilə bilməz. Rusiya prezidenti Vladimir Putin isə bildirib ki, "İslam Dövləti" qrupunun qaçaq neft yolu ilə gəlir əldə etməsini kəsmək lazımdır. Böyük Britaniyanın baş naziri Devid Kameron isə Suriyadan qaçqın axını ilə bağlı yaranmış problemi həll eləmək üçün donor ölkələrin gələn ilin əvvəllərində Britaniyada konfransını keçirməyi təklif edib. D.Kameron bundan əvvəl Rusiya prezidenti Vladimir Putinlə görüşüb. O, görüşdən sonra Suriya münaqişəsində Qərblə Rusiya arasında hələ də böyük uçurum olduğunu bildirib, amma qeyd edib ki, tərəflərin kompromisə hazır olmasının əlamətləri görünür.

Qeyd edək ki, “Böyük İyirmiliyə” daxil olan ölkələr dünya sənayesinin 85 faizini, ümumi daxili məhsulun 90 faizini, dünya ticarətinin 80 faizini təmsil edirlər. Dünya əhalisinin isə üçdə iki hissəsi "Böyük İyirmiliyin" üzvü olan ölkələrinin ərazisində yaşayır. 

 

Xəbər lenti
0