BAKI, 17 noy – Sputnik. Rusiya prezidenti Vladimir Putin, Antalyada təşkil olunan G 20 Zirvə Toplantısının sonunda jurnalistlərə olduqca önəmli açıqlamalar verib.
Putin, aralarında G 20 ölkələrinin də olduğu 40 dövlətin İŞİD-ə maliyyə dəstəyi verdiyini açıqlayıb.
Ölkəsinin suriya müxalifətinə sadəcə İŞİD-lə mübarizədə dəstək verməyə hazır olduğunu deyən Putin, ABŞ, Avropa Birliyi ölkələri, Səudiyyə Ərəbistanı, Türkiyə və İranın da köməyinə ehtiyac duyulduğunu söyləyib.
Ukrayna böhranına da toxunan Vladimir Putin, Ukraynanın Rusiyaya olan 3 milyard dollarlıq borcuna yenidən baxılacağını deyib.
Rusiya prezidenti çıxışının sonunda, ölkəsi ilə Türkiyənin birlikdə reallaşdıracağı enerji mövzularında hər hansı bir problem olmadığını bildirib.