BAKI, 17 noy — Sputnik. ABŞ-dan Azərbaycana yüksək səviyyəli səfərlər gözlənilir.
Sputnik xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.
Onun sözlərinə görə, gәlәn hәftә ABŞ-dan olan ticarәt missiyasının vә yüksәk vәzifәli şәxslәrin Azәrbaycana sәfәri gözlәnilir.
Diplomat deyib ki, hansı nümayәndә heyәtinin gәlmәsindәn asılı olmayaraq iki ölkә arasında ümumi әlaqәlәrә toxunurlar: "Bәzәn xüsusi sahәlәrә dә diqqәt ayrılır. Amma kimin gәlmәyindәn asılı olmayaraq ölkәlәrimizin әmәkdaşlıq etdiyu 3 әsas sahә- insan haqları, demokratiya tәhlükәsizlik vә iqtisadiyyat sahәsindә müzakirәlәr aparılır".