Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Beyrutda törədilmiş iki partlayış nəticəsində 43 nəfər ölüb

© tsn.uaBeyrutda terror
Beyrutda terror - Sputnik Azərbaycan
Abunə olmaq
Livanın baş naziri Təmmam Salam faciə ilə əlaqədar noyabrın 13-nə ölkədə matəm elan edib.

BAKI, 13 noy — Sputnik. Livanın paytaxtı Beyrutda törədilmiş terror aktı nəticəsində ölənlərin sayı 43 nəfərə çatıb.

RİA Novosti-nin verdiyi xəbərə görə, bunu Livanın səhiyyə naziri Vael Əbu Faur deyib.  

Nazirin sözlərinə görə, terrorçular tərəfindən törədilən iki partlayış nəticəsində 240 nəfər yaralanıb.  

Livanın baş naziri Təmmam Salam faciə ilə əlaqədar noyabrın 13-nə ölkədə matəm elan edib. Məlumata görə, sabah ölkə ərazisində bütün dövlət qurumları və təhsil ocaqları bağlı olacaq.   

Qeyd edək ki, partlayışlar Beyrutun cənub ətrafında yerləşən “Burc əl Baracn” düşərgəsində törədilib.  

Xəbər lenti
0