BAKI, 12 noy – Sputnik. Misirin Sinay yarımadasında terror aktı törədilib. 9 nəfərin həlak olduğu bildirilir.
Ölkə mediasının xəbərinə görə, Əl-Ariş şəhəri yaxınlığında törədilən terror aktını İŞİD terror qruplaşması öz üzərinə götürüb.
Ölənlər və xəsarət alanlar arasında az yaşlı uşaqların olduğu da bildirilir.