Nə üçün Aİ Rusiyaya qarşı sanksiyaları götürmək istəmir?

© Sputnik / Vladimir Sergeev / Mediabanka keçidFlags of Russia, EU, France
Flags of Russia, EU, France - Sputnik Azərbaycan
Abunə olmaq
Ukrayna hadisələrinə görə, bir ildən artıqdır Rusiyaya qarşı tətbiq edilən sanksiyaların götürülməsi Brüseldə yox, Vaşinqitonda həll olunur

Nə üçün Aİ Rusiyaya qarşı sanksiyaları götürmək istəmir?
Dekabrın 17-18-də keçiriləcək Avropa İttifaqının sammitində Rusiyaya qarşı tətbiq olunan sanksiyaların gələcəyi ilə bağlı qərar qəbul olunacaq. Almaniyanın “Handelsblatt” nəşri iddia edir ki, Aİ sanksiyaları genişləndirməyə hazırlaşır. Onun məlumatına görə, Brüssel və Berlində bu tədbirin Ukraynanın şərqində sülh prosesini sürətləndirmək üçün zəruri olduğunu hesab edirlər. Aİ rəsmiləri iddia edirlər ki, Rusiya Minsk Razılaşmalarının şərtlərini lazımi qədər yerinə yetirmir. Rusiyanın mövqeyi isə ondan ibarətdir ki, o, Ukraynadaxili münaqişənin iştirakçısı deyil və bu vəziyyətin tezliklə həll olunmasının tərəfdarıdır.

Rusiya və Qərb arasındakı münasibətlər Ukrayna problemi ilə əlaqədar pisləşib. 2014-cü il iyulun sonunda Aİ və ABŞ ayrı-ayrı şəxs və şirkətlərə qarşı olan sanksiyaları Rusiya iqtisadiyyatının sektorlarına keçirdilər, xüsusən də müdafiə sənayesi və yüksək texnologiyalar sahələrinə.

2015-ci il iyunun 22-si Aİ ölkələrinin xarici işlər nazirləri iqtisadi sanksiyaların müddətini 31 yanvar 2016-cı il tarixinədək uzatdılar. Qərar iyunun 23-də qüvvəyə mindi.

Son aylar dünyadakı vəziyyət xeyli dəyişib. Suriya prezidentinin istəyi ilə Rusiya hərbi-hava qüvvələri artıq bir aydan çoxdur ki, İŞİD hərbi qruplaşmasının mövqelərinə zərbələr endirir. Eyni zamanda, Ukraynanın şərqində atəşkəs dayandırılıb, münaqişənin həlli prosesi isə siyasi müstəviyə keçib. Lakin bütün bu dəyişikliklərə baxmayaraq, Aİ-nın Rusiyaya qarşı tətbiq olunan sanksiyalara münasibəti dəyişilməz qalır.

“Donbassdakı vəziyyətin dönüş nöqtəsi hələ baş verməyib”

Rusiya Elmlər Akademiyasının Avropa institutunun Avropa Təhlükəsizliyi şöbəsinin rəhbəri Dmitri Danilov hesab edir ki, formal olaraq, Avropa İttifaqının Minsk müqavilələrinin yerinə yetirilmədiyini iddia etmək üçün kifayət qədər səbəbi var. Onun sözlərinə görə, Rusiyaya qarşı sanksiyaların aradan qaldırılmasının Minsk razılaşmalarının tam yerinə yetirilməsindən sonra mümkün olduğunu Avropa tərəfi dəfələrlə bildirib. Donbassdakı vəziyyətin dönüş nöqtəsi isə hələ baş verməyib. Müqavilələrin real taleyi fevralın 21-də Donesk və Luqansk “xalq respublikaları”nda keçiriləcək seçkilərdə müəyyən olacaq,- o bildirib.

MDB dövlətləri İnstitutunun Avrasiya inteqrasiyası və Şanxay Əməkdaşlı Təşkilatının genişləndirilməsi şöbəsinin müdiri Vladimir Yevseyev hesab edir ki, Minsk Müqavilələrinin həyata keçirilməsi uzunmüddətli bir proqramdır və bir neçə il vaxt aparacaq. Onun sözlərinə görə, ən yaxşı halda, müəyyən uğurlar 2017-ci ildə əldə edilə bilər.

“Ukraynanın da, Avropa kimi bununla bir əlaqəsi yoxdur”

Rusiya siyasi konyuktura mərkəzinin eksperti Dmitri Abzalov bildirib ki, Ukrayna hadisələrinin hər hansı bir tərəfə inkişafına baxmayaraq, Rusiyaya qarşı sanksiyalar davam edəcək, çünki onların ləğv edilməsi və ya yenilənməsi üçün meyarlar əslində Ukrayna hadisələrindən kənardadır.

“Sanksiyalar 2016-cı il sentyabrın ortalarınadək — Rusiyada parlament seçkilərinin keçiriləcəyi vaxtadək uzadılacaq. Donesk və Luqansk xalq respublikalarında, eləcə də Ukraynada keçiriləcək seçkilərin nəticələrindən asılı olmayaraq, onlar ən azı bu tarixə qədər uzadılacaqlar. Növbəti mərhələ — noyabrda ABŞ-da gözlənilən prezident seçkiləridir. Hər halda, Rusiyaya qarşı sanksiyaların uzadılması və ya ləğv edilməsi ABŞ-ın Rusiyaya qarşı siyasətindən asılıdır. Ukraynanın da, Avropa kimi bununla bir əlaqəsi yoxdur” – ekspert bildirib.

Dmitri Abzalovun fikrincə, Rusiyanın heç bir addımı bu vəziyyəti dəyişməyə qadir deyil, çünki ABŞ və Avropa İttifaqı sanksiyalarının məqsədi elə əvvəlcədən fərqli olub:

“Sanksiyalar Rusiyanın siyasi sistemini dəyişmək məqsədilə ona təzyiq göstərmək üçün tətbiq olunub. Və bütün məsələ bundadır ki, o, xarici təyziqə tab gətirə biləcəkmi? Lakin, çox güman ki, istənilən halda, hazırki Vaşinqton rəhbərliyi sanksiyaların aradan qaldırılmasına razı olmayacaq. Bu addımı müəyyən vəziyyətdə yalnız Ağ Evin yeni başçısı ata bilər”.

Dmitri Abzalov kimi, Vladimir Yevseyev də hesab edir ki, Avropada artan narazılıq və ölkələrin bu sanksiyalar nəticəsində çəkdiyi zərərə baxmayaraq, Avropa liderləri ABŞ tərəfindən müəyyən olunan kursu davam etdirəcəklər. Lakin bütün bunlar ucuz başa gəlmir – onların bir çoxunun reytinqləri aşağı enir, Avropada isə yeni problemlər yaranır. Məsələn, Yaxın Şərq miqrantlarının axını problemi.

Vladimir Ardaev,

“RİA-Novosti”nin eksperti

Xəbər lenti
0