Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Ermənistanın enerji ötürücüsü olmaq xəyalları baş tutmayacaq

© sputnik.azPolitoloq Elman Nəsirov
Politoloq Elman Nəsirov - Sputnik Azərbaycan
Abunə olmaq
Elman Nəsirli: Gürcüstanda müəyyən siyasi dairələr İrəvanın bu arzusuna dəstək verə bilərlər, ancaq...

BAKI, 10 noy-Sputnik. Ermənistanın bölgədə yaranmış yeni geosiyasi vəziyyətdən istifadə edib Azərbaycan, Gürcüstan. Azərbaycan-Rusiya və Azərbaycan —İran münasibətlərini pozmaq istiqamətindəki niyyətləri baş tutmayacaq.

Bunu Sputnik-ə açıqlamasında millət vəkili, politoloq Elman Nəsirli deyib.

Onun sözlərinə görə, Ermənistan prezidenti Serj Sarqsyanın Azərbaycan prezidentindən öncə Gürcüstana səfəri məhz bu məqsədi daşıyırdı: "Ancaq onun bu niyyəti fiaskoya uğradı. Belə ki, yeni yaranmış geosiaysi vəziyyətdən istifadə edib bulanıq suda balıq tutmaq istəyən Ermənistan istəklərinə nail ola bilmədi. Çünki Azərbaycan prezidenti İlham Əliyevin Gürcüstana reallaşan rəsmi səfəri çox yüksək səviyyədə keçməklə yanaşı, uğurla nəticələndi. Tərəflər bir daha bütün əsas məsələlərdə ortaq mövqedən çıxış etdiklərini bəyan etdilər. Bunlar hər iki ölkənin prezidentləri tərəfindən imzalanan Bəyannamədə də öz əksini tapdı. Bu səfər bir daha sübut etdi ki, Azərbaycan-Gürcüstan münasibətləri strateji xarakter daşıyır, heç kim və heç bir qüvvə bu münasibətləri poza bilməz. Azərbaycan-Gürcüstan-Türkiyə münasibətləri artıq regional münasibətlər çərçivəsini çoxdan aşıb. Bu ölkələr arasındakı əməkdaşlıq beynəlxalq aləmə böyük töhfələr verməkdədir."

Seçilmiş millət vəkili onu da əlavə edib ki, İrəvanın Ermənistan üzərindən keçməklə sanksiyalar ləğv edildikdən sonra İran qazını Gürcüstana və oradan da Avropaya çıxarmaq, yaxud Rusiyanın qazını İranın şimal bölgələrinə çatdırmaq niyyəti xülyadan başqa bir şey deyil: "Belə bir layihələri reallaşdırmaq İrəvanın gücü daxilində olmadığından bu barədə danışmağa belə lüzum görmürəm."

Politoloq hesab edir ki, Gürcüstanda da müəyyən siyasi dairələr İrəvanın bu arzusuna dəstək verə bilərlər, ancaq bütövlükdə Gürcüstanın siyasi elitası fərqli mövqedədir və Azərbaycanı özünün əsas strateji tərəfdaşı hesab edir. "Azərbaycanla Gürcüstan münasibətlərinin bundan sonra da inkişafında və bu əlaqələrin daha da dərinləşməsində maraqlıdırlar. Bu niyyətlərini də Azərbaycan prezidentinin Gürcüstana son səfərində dövlət başçılarının imzaladıqları Bəyannamə ilə bir daha sübut etdilər", deyə millət vəkili vurğulayıb.

Xəbər lenti
0