BAKI, 5 noy — Sputnik. Gürcüstanın sabiq prezidenti, hal-hazırda Ukraynanın Odessa vilayətinin qubernatoru olan Mixail Saakaşvilinin daha bir kadrı Ukraynada yüksək posta gətirilib.
Sputnik Ukrayna mətbuatına istinadən xəbər verir ki, Gürcüstanın sabiq təhsil naziri Xatiya Dekanoidze noyabrın 4-də Ukrayna milli polisi rəisi postuna təyinat alıb. Bu barədə qərar Ukrayna Nazirlər Kabinetinin dünən keçirilən iclasında verilib.
Qeyd edək ki, Xatiya Dekanoidze Saakaşvili hakimiyyəti dövründə Gürcüstanın milli təhlükəsizlik nazirliynin administrasiyasına rəhbərlik edib, həmçinin təhsil naziri postunu tutub.
Saakaşvili hakimiyyətdən getdikdən sonra Dekanoidze Kiyevə getməli olub. O 2015-ci ildən etibarən Ukraynada Civil and Political School layihəsini həyata keçirməyə başlayıb. Layihənin əsas məqsədi Ukrayna üçün yeni nəsil polis kadrı yetişdirmək olub. O həmçinin yeni patrul polisi yaradılanda Ukrayna Daxili işlər nazirinin məsləhətçisi vəzifəsində çalışıb.