BAKI, 5 noy — Sputnik. Sudanda qəzaya uğrayan təyyarə erməni aviaşirkətinə məxsus imiş.
Cənubi Sudanda qəzaya uğrayan təyyarənin bəzi təfərrüatları ortaya çıxıb.
Sputnik xəbər verir ki, qəzaya uğrayan AN-12 təyyarənin ekipajı bütövlükdə erməni millətindən olan şəxslərdir.
Belə ki, təyyarənin komandiri Gevork Tovmasyan, ikinci pilot – Samvel Ambarsumyan, bort mühəndisi — Samvel Mkrtçyan, aviatexnik — Armen Antonyan və ikinci aviatexnik Suren Petrosyandır.
Təyyarə Asia Airways kodu altında uçuşlarını Birləşmiş Ərəb Əmirliyində qeydə alınan şirkətin sifarişləri əsasında həyata keçirib.
Tacikstanın nəqliyyat nazirliyi bəyan edib ki, Cənubi Sudanda qəzaya uğrayan An-12 təyyarəsi erməni aviaşirkəti olan Ala International LTD-ə məxsusdur. Bu təyyarə əvvəllər həqiqətən də Tacikistanın Asia Airways aviaşirkətinin qeydiyyatında olub. Ancaq sonradan təyyarəni erməni aviaşirkəti alıb.
Ölən ermənilərin cəsədləri bu günlərdə Ermənsitana gətiriləcək.