SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ərdoğanın sərt ultimatumu ABŞ-ın qərarını dəyişdirdi

© Murat Cetinmuhurdar/Pool Photo via APƏrdoğan Prezident Sarayında
Ərdoğan Prezident Sarayında - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ bundan sonra silahları ancaq Suriyalı müxaliflərə verəcək.

BAKI, 5 noy – Sputnik. "Suriyanın şimalındakı kürd silahlı birləşmələrinə (PYD) silah verməyi dayandırdıq. Hazırkı siyasətimiz budur”. Bunu İŞİD-ə qarşı İraq və Suriyada aparılan hava əməliyyatlarına başçılıq edən amerikalı polkovnik Stiv Uorren deyib. Onun sözlərinə görə, ABŞ bundan sonra silahları ancaq Suriyalı müxaliflərə verəcək. 

Türkiyənin bölgədəki nüfuzundan və rolundan danışan Stiv Uorren deyib:

"Türkiyə NATO üzvüdür və İŞİD terrorçuları ilə mübarizədə ən yaxın müttəfiqimizdir. Əlbəttə, Ankaranı narahat edən məsələlər var və biz də onları nəzərə alırıq. İŞİD-i məğlub etmək üçün birgə fəaliyyətimiz davam edəcək".

Oktyabr ayında ABŞ İŞİD-lə daha effektiv döyüşə bilmək üçün "PYD"-yə havadan 27 konteyner silah-sursat yollamışdı. Türkiyə Birləşmiş Ştatlara ultimatom verərək, narahatlığını dilə gətirmişdi. 

Rəsmi Ankara, PKK-nın Suriyadakı qolu olan PYD-ni terrorçu təşkilat kimi tanıyır.

Xəbər lenti
0