Dünyanın ən nüfuzlu adamları siyahısında şok sıralama

© Sputnik / Сергей Елкин / Mediabanka keçidКто в рейтинге Forbes хозяин
Кто в рейтинге Forbes хозяин - Sputnik Azərbaycan
Abunə olmaq
Barak Obama Vladimir Putindən geri qaldı

BAKI, 5 noy-Sputnik. Rusiya prezidenti Vladimir Putin Forbes jurnalının tərtib etdiyi ilin ən nüfuzlu adamı siyahısında birinci yeri tutub.

Sputnik xəbər verir ki, jurnal Rusiya prezidenti Vladimir Putinin son üç ildə ardıcıl olaraq ilin ən nüfuzlu adamı siyahısında birinci yeri tutuması ilə bağlı mövqeyini də açıqlayıb.

"Putin dünyada öz istədiyini edib və bunun məsuliyyətindən qaça bilmək üçün kifayət qədər gücə malik olduğunu sübut etməyə davam edən çox az adamdan biridir"-jurnalda qeyd edilir.

İlin ən nüfuzlu adamı siyahısında isə Almaniyanın kansleri Angela Merkel ikinci, ABŞ prezidenti Barak Obama üçüncü, Roma Papası Fransis dördüncü, Çin prezidenti Si Tsintao isə beşinci yerdə qərar tutub.

Jurnalda ABŞ prezidentliyinə namizədliklərini irəli sürmüş Hillari Klinton və Donald Tramp da müfaviq olaraq 58-ci və 72-ci yerləri tutublar.

Siyahıya adı ilk dəfə düşən Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz Əl Səud da ən yüksək reytinqlilər sırasındadır. O siyahıda 14-cü yerdə qərarlaşıb.

Forbes jurnalı bildirir ki, dünyanın ən nüfuzlu adamlarının siyahısı tərtib edilərkən "bu adamların nəzarət etdiyi maliyyə resursları, təsir göstərə bildikləri insanların sayı, nüfuz dairəsi və onların öz nüfuzundan nə dərəcədə təsirli şəkildə istifadə etməsi" kimi bir neçə faktor əsas götürülür.

Xəbər lenti
0