BAKI, 4 noy – Sputnik. Suriya müxalifəti və Rusiya Müdafiə Nazirliyi arasında İŞİD-ə qarşı birgə mübarizə aparmaq üçün razılıq əldə olunub. Bununla bağlı xüsusi əməkdaşlıq qrupu yaradılacağı da açıqlanıb.
Məlumatı Rusiya Baş Qərargahının Əməliyyat şöbəsinin rəisi general-polkovnik Andrey Kartapolov yayıb. Onun sözlərinə görə, Suriya müxalifəti ilə əldə olunan razılığın detalları hələlik ictimaiyyətə açıqlanmayacaq.
Andrey Kartapolov İŞİD-ǝ qarşı mübarizədə rus əsgərləri ilə Suriyalı müxaliflərin birgə hərəkət edəcəyini deyib.