Seçkilər düzgün və ədalətli keçirildi

© Sputnik. Севда БабаеваСергей Марков
Сергей Марков - Sputnik Azərbaycan
Abunə olmaq
Serqey Markov: “Nəticələr tam olaraq Azərbaycan vətəndaşlarının iradəsini ifadə edir”

Seçkilər düzgün və ədalətli keçirildi
Noyabrın 2-si “Rossiya Sevodnya” Beynəlxalq İnformasiya Agentliyinin mətbuat mərkəzində Rusiya müşahidəçilərinin iştirakı ilə Azərbaycanda keçirilən parlament seçkilərinin nəticələri və Azərbaycan-Rusiya münasibətlərinin perspektivləri mövzusunda mətbuat konfransı keçirilib. Konfransda çıxış edən Beynəlxalq Əməkdaşlıq üzrə İctimai Palata Komissiyasının sədri Serqey Markov bildirib ki, keçirilən parlament seçkiləri Azərbaycan vətəndaşlarının iradəsini tam ifadə edib:

“Biz seçkiləri düzgün, ədalətli və Azərbaycan xalqının iradəsini ifadə edən kimi qiymətləndiririk. Bizim fikrimizcə bu seçkilər tam qaynunlara uyğun keçirildi: insanların öz seçimini ifadə etmək, partiyaların isə seçki kampaniyasını keçirmək imkanları vardı. Buna görə də, bizdə olan nəticələr tam olaraq Azərbaycan vətəndaşlarının iradəsini ifadə edir”.

Lakin buna baxmayaraq bəzi ölkələrdə, müxtəlif məqsədlərlə, keçirilən seçkilərin demokratiyadan kənar olduğu da səslənir. Rusiya Dövlət Dumasının deputatı Olqa Kazanova hesab edir ki, süni olan seçki prosesi deyil, onların öz ritorikalarıdır:

“Biz həqiqətən də gördüklərimizdən və seçkilərin gedişindən razı qaldıq. Hər şey demokratik idi – kameralar quraşdırılmışdı, siyahılar asılmışdı. Bütün bu olanlarla hər ölkə öyünə bilməz. Buna görə də, nəyinsə demokratiyadan kənar olduğunu deməyi yalnız bu situasiyanı pozmaq istəyən adamlar bacarar. Mənə elə gəlir ki, insanlar olanları və müsbət halları görəcəklər. Biz dəqiq bilirik ki, bütün prosedurlara əməl olunub. Biz bunu təstiqləyə bilərik, bu uydurma deyil. Onların ritorikası isə həqiqətən də uydurmadır, o, sünidir”.

Serqey Markov keçmiş parlament sisteminin bu il də təkrarlanacağını qeyd edərək əhalinin bir daha YAP-ı dəstəkləməsinin səbəblərini xatırladıb:

“Keçmiş parlament sistemi bu il də təkrarlanacaq. Azərbaycan xalqının Yeni Azərbaycan Partiyasını dəstəkləməsinin səbəbi ilk növbədə YAP-ın öz sisteminin də əlaqəli olduğu Prezident siyasətini dəstəkləməsidir. Bu mənada Azərbaycanın siyasi sistemi Türkiyədən çox Rusiya siyasi sisteminə bənzəyir. Bizdə partiyanın populyarlığı liderin populyarlığından asılıdır.

İlham Əliyevin bu siyasəti müxtəlif səbəblərdən dəstəklənir. Birincisi səbəb siyasətin 20 il əvvəl olanlarla müqayisəsidir. Biz xatırlayırıq, Heydər Əliyevin hakimiyyətə gəlməsindən əvvəl ölkədə vətəndaş müharibəsi vardı, institutlar məhv olmuşdu, bütün ərazidə müxtəlif qruplaşmalar gəzirdi. Sual yaranırdı: ümumiyyətlə Azərbaycan mövcud olacaqmı? İndi bu sual heç kimi narahat etmir, həyat səviyyəsi isə yetərincə yüksəkdir”.

Qeyd edək ki, Azərbaycanda keçirilən parlament seçkilərində ümumillikdə 40 təşkilatdan 503 beynəlxalq müşahidəçi iştirak edib.

Xəbər lenti
0