BAKI, 3 noyabr — Sputnik. ABŞ-ı məhv edə biləcək yeganə ölkə Rusiyadır.
Sputnik xəbər verir ki, bu sözləri ABŞ Quru Qoşunları qərargahının rəisi general Mark Milli deyib.
Məlumata görə, təhlükəsizlik məsələlərinə həsr olunan konfrans zamanı aparıcı generaldan ABŞ üçün əsas təhlükələr barədə məlumat verməyi xahiş edib. Qeyd edək ki, aparıcı İŞİD və Rusiyanın ABŞ üçün təhlükə yaratdığını da bildirib.
"Mən Rusiyanı ABŞ üçün bir nömrəli təhlükə hesab edirəm. ABŞ-ı məhv edə biləcək yeganə ölkə varsa, o da Rusiyadır. Başqa ölkələrdə nüvə silahı var, lakin Rusiyada olduğu qədər yoxdur. Ruslarda bunu etmək üçün imkanlar və nüvə silahı var" — deyə general Milli bildirib.
Onun sözlərinə görə, tək imkanların olması azdır, onlar niyyətlə tamamlanmalıdır: "Bizim isə onların niyyəti barədə məlumatımız yoxdur".
"Berlin divarı söküldükdən sonra, 2008-ci ilədək Rusiya digər ölkələrə qarşı aqressiv münasibət nümayiş etdirməyib. İndi isə bu baş verir" — deyən general Rusiyanın davranışının ABŞ-ın maraqlarına zidd olduğunu vurğulayıb.