BAKI, 2 noy — Sputnik. İsrail işğalına qarşı dirənən Fələstinin Həmas təşkilatının rəhbəri İsmail Həniyyə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edərək AKP-nin qalibiyyəti münasibətilə təbrik edib.
Bu barədə təşkilatın rəsmi twitter səhifəsində məlumat dərc edilib.
İsmail Həniyyə yeni seçki nəticələrinin Yaxın Şərq və dünya üçün xeyirli olacağına inandığını bildirib.