BAKI, 2 noy-Sputnik. Noyabrın 1-də Milli Məclisə keçirilən seçkilərlə əlaqədar 125 seçki dairəsi üzrə 5547 məntəqənin hesabat verməsi və bülletenlərin sayılması prosesi yekunlaşıb.
Sputnik Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzinə istinadən xəbər verir ki, daxil olan 5547 protokol üzrə 2 milyon 894 min 515 bülleten sayılıb.
Milli Məclisə seçkilərdə 5 milyon 198 min 658 seçicidən 2 milyon 894 min 515 seçici səs verib, seçici fəallığı 55,7 faiz olub.