BAKI, 2 noy – Sputnik. AKP-nin parlament seçkilərindəki zəfərindən sonra açıqlama verən Türkiyənin baş naziri Əhməd Davudoğlu, seçkilərdə heç kəsin məğlub olmadığını, ölkənin qalib gəldiyini bildirib.
“Əldə olunan bu uğurla qayğı və narahatlıqlar öz yerini ümidə və yeni işığa buraxıb. Əmin olun ki, hər kəsin hüququ zəmanət altındadır. 78 milyon vətəndaşımızın haqqı mütləq surətdə qorunacaq" deyə Davudoğlu əlavə edib.
Baş nazir, Türkiyədə hər kəsin şərəfli həyat yaşaması üçün lazımi addımların bundan sonra da atılacağını, vaxt itirmədən birlik bərabərlik içində xalqa xidmət etməyə davam edəcəklərini bildirib.