BAKI, 30 okt – Sputnik. BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü Yeni Zelandiya, İsrail-Fələstin problemi ilə bağlı yeni qətnamə layihəsi hazırlayıb.
İki səhifədən ibarət olan qətnamə layihəsində tərəflərdən zorakılığa mane olmaları və öz cəmiyyətlərini təmkinli davranışa dəvət etmələri tələb olunur.
İsraildən işğal etdiyi Fələstin torpaqlarında yəhudi məskənləri salma fəaliyyətini dayandırmaq və müsəlmanların evlərini dağıtmağa son qoyması tələb olunur.
Yeni Zelandiya hazırladığı layihə ilə Fələstindən, bu problemi Beynəlxalq Cəza Məhkəməsinə daşımaqdan imtina etməsi tələb olunur.