Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Nazir: Dövlət müəssisələrində aparılan yoxlamaların sayı azalmalıdır

© AZƏRTACминистр промышленности и энергетики Азербайджана Натиг Алиев
министр промышленности и энергетики Азербайджана Натиг Алиев - Sputnik Azərbaycan
Abunə olmaq
Bu gündən nəzarət orqanlarına tapşırılır ki, sahibkarlıq subyektlərində yoxlamalar aparılmasın. Bu fikri Energetika naziri Natiq Əliyev nazirliyin bir qrup əməkdaşının mükafatlandırılmasına həsr olunmuş kollegiya iclasında deyib.

BAKI, 30 okt — Sputnik. Bu gündən nəzarət orqanlarına tapşırılır ki, sahibkarlıq subyektlərində yoxlamalar aparılmasın.

Sputnik xəbər verir ki, bu fikri Energetika naziri Natiq Əliyev nazirliyin Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial–iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair müşavirəsindəki çıxışında irəli sürülən məsələlərə və nazirliyin bir qrup əməkdaşının mükafatlandırılmasına həsr olunmuş kollegiya iclasında deyib.

“Dövlət müəssisələrində aparılan yoxlamaların sayı da azaldılmalıdır. Yoxlamalar yalnız texniki şərtlərə uyğunluq, texniki təhlükəsizlik və insan sağlamlığının qorunması məqsədi və zərurəti ilə aparılmalıdır”, — deyə nazir bildirib.

Onun sözlərinə görə, yoxlama tələb edən vəziyyət yarandığı təqdirdə bu prosesə İqtisadiyyat və Sənaye Nazirliyi ilə razılaşma əldə edildikdən sonra başlanıla bilər: “Kimsə vəzifə səlahiyyətlərini aşaraq, qanun pozuntusuna yol versə, dərhal barəsində ciddi tədbirlər görülərək, işdən azad ediləcək.”

İclasda daha sonra məruzələr dinlənilib. 

Yoxlamaların aparılmasını əsaslandıran qaydaların hazırlanması məsələsi ətrafında müzakirələr aparılıb və müvafiq tapşırıqlar verilib. Kollegiya iclasına yekun vuran nazir Natiq Əliyev dövlət başçısının qarşıya qoyduğu vəzifələri bir daha diqqətə çatdıraraq, müvafiq fərman, sərəncam və dövlət proqramlarında Energetika Nazirliyi ilə bağlı müəyyən edilmiş vəzifələrin qəti şəkildə icrasının vacibliyini diqqətə çatdırıb.

Xəbər lenti
0