Politoloqlar seçkilərlə bağlı hesabat verdi

© aznews.azSeçkilər
Seçkilər - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanda parlament seçkiləri regionda baş verən çox mürəkkəb geosiaysi proseslər fonunda keçir

Politoloqlar seçkilərlə bağlı hesabat verdi
Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı oktyabrın 27-si “Rossiya Sevodnya” Beynəlxalq İnformasiya Agentliyinin mətbuat mərkəzində Bakı-Moskva videokörpüsü keçirilib.

Tədbirdə ölkədəki sosial-siyasi vəziyyət, seçkilərin Azərbaycanın inkişafına təsiri, Rusiya-Azərbaycan münasibətləri və bir sıra digər məsələlər müzakirə olunub.

Tədbirdə iştirak edən Azərbaycan Mətbuat Şurasının üzvü Azər Həsrət bildirib ki, Azərbaycanda normal və şəffaf seçkilərin keçiriləcəyi gözlənilir:

“Namizədlərin təbliğat-təşviqat işləri davam edir. Ümimi mənzərə belədir: vəziyyət sakitdir, namizədlərin özlərini seçicilərə, xalqa yüksək səviyyədə göstərmək üçün hər bir şərait yaradılıb. Təbii ki, bu il biz sakit, normal seçkilər gözləyirik. Bu günə qədər ciddi bir problem yaranmayıb, namizədlər əksər hallarda heç nədən şikayətlənmirlər. Onlar öz təbliğatlarını normal şəkildə aparırlar. Ona görə mən düşünürəm ki, 2-3 ay əvvəl seçkiləri pozmağa çalışan qüvvələr bunu edə bilməyəcəklər. Bu kampaniya normal gedir”.

Keçiriləcək parlament seçkiləri daha çox aktivliyi ilə seçilir. “Cənubi Qafqaz” Politoloqlar Klubunun rəhbəri İlqar Vəlizadənin sözlərinə görə, bu seçkilərdə rekord həddə namizəd qeydə alınıb:

“Ayrı-ayrı dairələrdə hər bir yerə 7-8 namizəd qeydə alınıb. Bu il əvvəlki illərdə keçirilən parlament seçkilərindən fərqli olaraq iki dəfə çox namizəd qeydə alınıb. Bu da seçkiyə olan marağın göstəricisidir. Parlament seçkiləri regionda baş verən çox mürəkkəb geosiaysi proseslər fonunda keçir. Bu da istər-istəməz daxili siyasətə öz təsirini göstərir. Azər Həsrət də qeyd etdiyi kimi, müəyyən xarici təziq var. Lakin buna baxmayaraq, seçki kampaniyası sərbəst vəziyyətdə keçirilir. Ajıotaj hiss olunmur, görülmür”.

Politoloq həmçinin seçkilərdən sonra da ajıotajın olmayacağı barədə proqnozları dövlət gəlirlərinin yüksək sürətlə artması, eləcə də hakim partiyanın elektoral bazasının böyük ölçüdə möhkəmlənməsi ilə izah olunduğunu qeyd edib.

“Sputnik-Azərbaycan” agentliyinin baş redaktoru Gülnarə Məmmədzadə isə parlament seçkilərinin regionda və dünyada baş verən çox çətin proseslər fonunda keçirildiyini bildirib:

“Dünya miqyasında qeyri-sabitlik tendensiyası artır və bu proseslər ölkələrin daxili siyasi vəziyyətinə təsir edir. Bu şəraitdə, həm parlament seçkilərinə qədər, həm də ondan sonra Azərbaycan hakimiyyətinin qarşısında milli təcrübəni və beynəlxalq arenadakı mövqeyi nəzərə almaqla, dövlət idarəçiliyi sisteminin effektivliyini gücləndirmək vəzifəsi dayanır. Rəsmi Bakı daxili sabitliyin təmin olunması üçün müəyyən təcrübəyə və kifayət qədər imkana malikdir. Bəzi Qərb ölkələri və onların siyasətləri ilə əlaqəli beynəlxalq qurumlar nəticəsindən asılı olmayaraq qarşıdan gələn parlament seçkilərini maksimum şəkildə mürəkkəbləşdirməyə çalışırlar. Bu, Azərbaycanın xarici çağırışlara qarşı qətiyyətinin yoxlanılmasının vacib mərhələsi kimi təqdim edilir. Anlamaq lazımdır ki, Azərbaycanda xarici təhlükələri neytrallaşdırmaq və daxili stabilliyin təmin olunması üçün yetərincə təcrübə var”.

Rusiyalı ekspertlər isə son dövrlərdə Qərb dövlətlərinin və Avropa təşkilatlarının Azərbaycana qarşı yönəlik siyasətini tənqid edərək bildirdilər ki, ATƏT/DTİHB-in Azərbaycandakı seçki prosesini müşahidə etməkdən imtina etməsi onların öz prinsiplərinə ziddir. Çünki onlar bu seçkilərdə dolğun məlumat əldə edə bilməyəcəklər. 

Postsovet məkanı Araşdırmalar Mərkəzinin direktoru Stanislav Çernyavski qeyd edib ki, Rusiya Azərbaycanda sabitliyin tərəfdarıdır. “Rusiya ümid edir ki, Azərbaycan xalqı qarşıdan gələn parlament seçkilərində doğru seçim edəcək. Bir çox qərb təşkilatlarının Azərbaycanda seçkiqabağı neqativ abu-hava yaratmaq cəhdləri uğursuzluğa düçar olub”- deyə o bildirib.

Qeyd edək ki, tədbir çərçivəsində eləcə də Azərbaycan və Rusiya ekspertləri tərəfindən hazırlanmış “Azərbaycan parlament seçkiləri ərəfəsində: iqtisadiyyat, siyasət, inteqrasiya” hesabatının təqdimatı keçirilib.

Xəbər lenti
0