İpoteka Fondunun səhmdar cəmiyyətə çevrilməsi nə vəd edir?

© AZƏRTACипотека
ипотека - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspertlər hesab edir ki, bununla bağlı inşaat bazarında canlanma 2016-cı ildə müşahidə edilə bilər

İpoteka Fondunun səhmdar cəmiyyətə çevrilməsi nə vəd edir?
Prezident İlham Əliyev “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında fərman imzalayıb. Bəzi ekspertlərin fikrincə, bu addım bir çox gənc ailələrin, ailə qurmağa çalışan gənclərin ev almasını asanlaşdıracaq. 

Fərmanda qeyd olunur ki, bu sahədə görülən işlərə baxmayaraq, əhalinin, xüsusilə də gənc və aztəminatlı ailələrin mənzilə və yaşayış evlərinə artan tələbatı hələ də tam ödənilmir. Həmin tələbatın ödənilməsi üçün bu kateqoriyadan olan insanların əlverişli maliyyələşdirmə vasitələrinə, o cümlədən ipoteka kreditlərinə çıxış imkanları asanlaşdırılmalı, ipoteka kreditləşməsi sistemi təkmilləşdirilməlidir.

İqtisadçı ekspert Vüqar Bayramlı daha az əmək haqqı alan vətəndaşların belə ipoteka kreditindən yararlana biləcəyini deyir:

“Uzun illər gözlənilən ipoteka kreditləşməsində şərtlərin yüngülləməsi və təkmilləşməsi tətbiq ediləcək. Fərman ipoteka kreditlərinin şərtlərinin yumşalmasına imkan verəcək. Fərman imkan verəcək ki, ipoteka kreditləri üzrə faiz dərəcələrini aşağı salmaq mümkün olsun. Daha az əmək haqqı alan vətəndaşlar belə ipoteka kreditindən yararlana bilsinlər. Praktik olaraq bu həm də ipoteka almaq üçün tələb olunan sənədlərin sayının azalmasına səbəb olacaq. Fərmana əsasən İpoteka Fondu xüsusən 5 ildən artıq müddətə dövlət zəmanəti ilə ipoteka istiqrazlarını yerləşdirmək imkanlarına malik olacaq ki, bu da fondun maliyyə imkanlarının genişlənməsinə imkan verəcək. Fərman ipoteka şərtlərinin sadələşdirilməsi mənzil bazarında aktivliyin yaranması vətəndaşların ipoteka kreditlərinə əl çatanlığının təmin edilməsi deyil eyni zamanda tikinti sektorunda proseduraların sayının azaldılması və xüsusəndə yeni tikililərədə yaşayan və kupçası olmayan mənzil sahiblərinin kupçayla təmin edilməsini təmin etmiş olacaq”.

Neftin qiymətinin aşağı düşməsi və əhalinin gəlirlərinin azalması fonunda ölkənin daşınmaz əmlak bazarı ağır dövrünü yaşayır. Ekspertlər hesab edir ki, mənzillərin qiymətindəki ucuzlaşma onlara tələbin kəskin şəkildə azalmasının məntiqi nəticəsidir. “MBA Consulting Group” konsaltinq şirkətinin baş direktoru Nüsrət Ibrahimov bildirib ki, Bakıda daşınmaz əmlakın qiyməti ilin əvvəlindən bu yana 50 faiz ucuzlaşıb. Onun sözlərinə görə, qiymətlərin azalması və bazardakı durğunluq ilin sonuna qədər, hətta gələn ilin sonunadək davam edə bilər. 

Əmlak Bazarı İştirakçıları İctiami birliyinin icraçı direktoru Elnur Əsədov ipoteka kreditləri ilə bağlı müəyyən canlamanın olduğunu qeyd edib. O, həmçinin bildirib ki, Mərkəzi Bank tərəfindən ipoteka fonduna 200 milyon manat vəsait ayrılsada,  bankların heç birinə tam ayırma baş vermədi, ona görədə ipoteka bazarında müəyyən dorğunluq yaşanırdı. Elnur Əsədov hesab edir ki, yeni fərman həm əmlak bazarına, həm də qiymətlərə təsir edəcək.

İqtisadçı ekspert Vüqar Bayramlı Bakıda inşa edilən çox mərtəbəli binaların 80%- dan çoxunun kupçasının olmadığını deyir. Ekspertin fikrincə, bu cür binalar kommunal xidnmətlərlə təmin edilsədə, istismara verilmədiyi üçün onların alınmasında çərinliklər var. Proseduraların sadələşdirilməsi kupçasız binaların və mənzillərin istismara verilməsi qaydalarını asanlaşdıracaq- deyə Vüqar Bayramlı vurğuladı. 

“Açıq Cəmiyyətin yaranması müəyyən zaman tələb etdiyi üçün hələlik biz əmlak bazarına təsir edəcəyini proqnozlaşdırmırıq. Amma, fərmanda qeyd olunduğu kimi proseduranın sadələşdirilməsi və eləcə də faizlərin aşağı salınması, inşaat sektorunda icazələrin verilməsi proseduralarının asanlaşması, mənzillərin istismara götürülməsi baş verdikdən sonra əmlak bazarında stabilliyin yaranmasına xüsusəndə inşaat sektorunda canlanmanın yaranmasına gətirib çıxaracaq. Proseduraların tətbiq edilməsi növbəti il üçün nəzərdə tutulduğu üçün inşaat bazarında canlanmada 2016-cı ildə müşahidə edilə bilər”.

2005-ci ildən fəaliyyət göstərən İpoteka Fondu müvəkkil banklar vasitəsi ilə “adi” və “sosial” olmaqla mənzil kreditləri verir. “Adi” kreditin həcmi 8 faizlə 50000 manat, güzəştli təbəqələr üçün nəzərdə tutlmuş “sosial” ipoteka isə 4 faizlə 30000 manat təşkil edir. 

Xəbər lenti
0