Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

"Wizz Air" Budapeşt-Bakı-Budapeşt müntəzəm uçuşlarına başlayacaq

© cheap-trip.euWizzAir
WizzAir - Sputnik Azərbaycan
Abunə olmaq
İlkin olaraq aviaşirkət uçuşları həftədə bir dəfə həyata keçirəcək, yay vaxtı isə reyslərin sayı ikiqat artırılacaq.

BAKI, 28 okt — Sputnik. Bu gün Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası və Macarıstan-Polşa büdcə aviaşirkəti “Wizz Air” Budapeşt-Bakı-Budapeşt müntəzəm reyslərin bərpası barədə razılığa gəlib.

APA-nın məlumatına görə, bu məqsədlə bu gün “Wizz Air” və “Ground Handling Company” arasında reyslərə xidmət üzrə saziş imzalanıb. Sazişi Azərbaycan tərəfindən İlqar Ələkbərov, “Wizz Air” tərəfindən isə Yojef Varadi (Jozsef Varadi) imzalayıb.

İmzalanmış saziş əsasında “Wizz Air” 2016-cı ilin mart ayından etibarən Budapeşt-Bakı-Budapeşt marşrutu üzrə müntəzəm reyslərin həyata keçirilməsinə başlayacaq. İlkin olaraq aviaşirkət uçuşları həftədə bir dəfə həyata keçirəcək, yay vaxtı isə reyslərin sayını həftədə iki dəfəyə qədər artıracaq.

Məlumata görə, bir tərəfli gediş üçün biletlərin qiyməti 39,99 avro olacaq.

Əldə olunmuş razılaşmaya əsasən, “Wizz Air” bütün il ərzində Budapeşt-Bakı-Budapeşt müntəzəm reyslərini həyata keçirməyi öhdəsinə götürür.

Bundan öncə “Wizz Air” aviaşirkəti ilk dəfə 2013 və 2014-cü ilin yalnız yay mövsümündə uçuşlara başlayıb və həyata keçirib.

2013-cü ilin mayın 18-dən 2014-cü ilin oktyabrın 25-ə qədər olan dövr ərzində həftədə iki dəfə olmaqla cəmi 143 reys həyata keçirib.

Xəbər lenti
0