BAKI, 28 okt – Sputnik. İngiltərədən olan universitet alimləri, bütün vətəndaşları İsraili boykot etməyə çağırıb. Yüzlərlə alim bu barədə Britaniyanın məşhur məşhur “The Guardian” qəzetində imzalı məqalə dərc ediblər.
“İsrailin fələstinlilərə qarşı qeyri-insani rəftarı və Fələstin torpaqlarının işğalı qəbuledilməzdir” deyə məqalənin başlığında dərc olunub.
Qəzetdə dərc edilən yazıya ölkənin ən məşhur 343 alimi imza atıb. Onlar əhalini İsrailə getməməyə, bu ölkənin mallarını almamağa və Fələstinin yanında yer almağa çağırıblar.
Məqalədə, işğal olunmuş Fələstin torpaqlarında yeni yəhudi məskənlərinin salınması da sərt şəkildə qınanıb.