CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"MTN işi" ilə bağlı nazirliyin aparat rəhbəri həbs olundu

© Sputnik / Yevgeny Odinokov / Mediabanka keçidhəbs
həbs - Sputnik Azərbaycan
Abunə olmaq
“MTN işi” ilə əlaqədar yeni həbslər gerçəkləşib. Modern.az saytına verilən məlumata görə, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin aparat rəhbəri Vidadi Zeynalov bu olayla bağlı həbs olunub.

BAKI, 27 okt — Sputnik. “MTN işi” ilə əlaqədar yeni həbslər gerçəkləşib. Modern.az saytına verilən məlumata görə, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin aparat rəhbəri Vidadi Zeynalov bu olayla bağlı həbs olunub. 

Nazirlikdəki mənbənin verdiyi məlumata görə, V.Zeynalovun həbsi Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin bir neçə gün öncə işdən çıxarılan rəhbəri Beytulla Hüseynovla əlaqəlidir. Vidadi Zeynalov nazirlikdən öncə, 2000-2004-cü illərdə İqtisad Universitetinin inzibati — təsərrüfat işləri üzrə prorektor vəzifəsində çalışıb. Daha sonra iş yerini və Yüksək Texnologiyalar Nazirliyinə dəyişib.

Qeyd edək ki, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin eks-rəisi Beytulla Hüseynov sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun yaxın qohumudur.

B.Hüseynov barəsində Cinayət Məcəlləsinin 179.3.2 (Mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə, bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə), 313 (Səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olduqda) maddələri ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət işi açılıb.

Modern.az saytına daxil olan məlumatda o da bildirilir ki,  Rabitə və Yüksək Texnologuyalar Nazirliyində yeni həbslər gözlənilir. 

Məsələ ilə bağlı rabitə və yüksək texnologiyalar nazirinin müşaviri Müşfiq Əmirovla əlaqə saxlamağa çalışsaq da o, işdə olmadığını və bu haqda hər hansı informasiya verə bilməyəcəyini qeyd edib. 

Nazirin müavini İltimas Məmmədovla danışmaq cəhdlərimiz alınmayıb. 


Xəbər lenti
0