BAKI, 27 okt – Sputnik. Misir əsgərləri Qəzza ilə sərhəddə 12 yeni tunel aşkarlayaraq, onları məhv edib.
Xəbərə görə həmin tunellər vasitəsi ilə Misirə keçməyə çalışan bəzi fələstinlilər də yaxalanıb. Bu barədə ölkənin Müdafiə Nazirliyi açıqlama verib.
İsrailin blokadasında olan Qəzzada demokratik seçki ilə Həmasın hakimiyyətə gəlməsindən sonra 2007-ci ildən Misir-Qəzza arasındakı Rəfah Sərhəd məntəqəsi ticarət üçün bağlanmışdı. İsrailin blokadası və sərhəd məntəqəsinin bağlanması səbəbilə fələstinlilər gündəlik tələbatlarını ödəmək üçün tunellərə üz tutmuşdu.
Misir ilə Qəzza arasındakı tunellər vasitəsilə gündəlik təlabat malları, dərman, mal-qara da daxil olmaqla keçirilərək burada yaşayan insanların ehtiyacları ödənilirdi.