BAKI, 22 okt – Sputnik. Almaniya kansleri Angela Merkel paytaxt Berlində İsrailin baş naziri Binyamin Netanyahu ilə görüşüb.
Görüşdə İsrail-Fələstin münaqişəsi və Suriya məsələsi müzakirə olunub.
Merkel müqəddəs Qüds şəhərində artan gərginlikdən narahat olduğunu və tərəflərin daha təmkinlə davranmasının vacibliyini bildirib.
“İsrail tərəfindən işğal edilmiş torpaqlarda yeni yəhudi məskənləri salınması iki dövlətli həll və uzunmüddətli sülhə maneə olur”, deyə Almaniya kansleri əlavə edib.
Suriyadakı insanlıq dramına da toxunan Merkel, Əsəd və Rusiyaya sərt ismarıclar göndərib: “Ümid edirəm ki, Bəşər Əsəd öz xalqının qətlinə son qoyar və cənab Putin də onu dəstəkləyər”