Rusiyanın Suriya üçün öz ssenarisi var

© Sputnik / Dmitriy Vinogradov / Mediabanka keçidRussian pilots prepared to board the SU-30 attack plane to take off from the Hmeimim aerodrome in Syria.
Russian pilots prepared to board the SU-30 attack plane to take off from the Hmeimim aerodrome in Syria. - Sputnik Azərbaycan
Abunə olmaq
Vaşınqtonun öz taktikasını dəyişərək Moskva ilə daha ədalətli, açıq dialoqa başlayacağına ümid etmık olar

Rusiyanın Suriya üçün öz ssenarisi var
Qərb jurnalistləri Rusiyanın Suriyadakı əməliyyatlarını əlverişsiz göstərən bütün məlumatları həvəslə dövriyəyə ötürürlər. Rusiya raketlərinin İran ərazisinə düşməsi şayəsi də çox səs-küy yaratdı. Həm Rusiya, həm İran bu məlumatları təkzib etmək məcburiyyətində qaldılar.

Qərb oxşar “xəbərlərlə” məhdudlaşmamaq qərarına gəlib. Pentaqon rəhbəri Eşton Karter səmimi şəkildə Rusiyanın Suriyaya ciddi ziyan çəkə biləcəyini bildirdi, sonra isə rus hərbçilərini qeyri-peşəkarlıqda günahlandırdı. Rusiya Müdafiə Nazirliyində bu anlaşılmazlığı gizlədə bilmədi: ABŞ hərbçiləri hər hansı bir yerdə əməliyyatlar keçirərkən Moskvanın heç vaxt bu əsgərlərin ölümü ilə bağlı ictimai gözləntiləri olmayıb. Belə bəyanatlar bir daha sübut edir ki, Vaşınqton Moskva və ya onun hər hansı bir hərəkətlərinə qarşı münasibətini dəyişmək niyyətində deyil.

Qara dəniz-Xəzər regionunda Siyasi və Sosial Araşdırmalar İnstitutunun direktoru Vladimir Zaxarov hesab edir ki, Suriya ilə bağlı vəziyyətdə Amerika artıq sınaqdan keçmiş ssenari ilə davranır:

“Bu onların İraqla etdiklərinin eynisidir. Onlar bütün dünyanı inandırdılar ki, Səddam Hüseyndə tezliklə istifadə oluna biləcək dəhşətli kimyəvi silah var. Lakin “Səhrada tufan” əməliyyatından sonra məlum oldu ki, Səddam Hüseyndə heç bir qram da kimyəvi silah yox idi. Bütün dünya bunu səssizcə qəbul etdi. Biz hamımız xatırlayırıq İngiltərədə necə çıxışlar edirdilər, Səddam Hüseyni cəzalandırmağı tələb edirdilər, lakin sonra hamı susdu. Və bu, indi ABŞ-a lazım olan məsələdir. Ona Rusiyanı mümkün qədər çox ittiham etmək lazımdır. Onlar Rusiya ilə Avropanı bir-birinə qarşı ciddi şəkildə yönəltməyə çalışdılar və bu Ukraynada baş verən hadisələr sayəsində mümkün oldu”.

Ukraynada olduğu kimi, Vaşınqton Avropada Suriya və Rusiyanın hərəkətləri ilə əlaqədar deyilən hər şeyi diqqətlə izləyir. İnformasiyanın lazımi təqdimatı da özünü gözlətmir. Belə ki, Fransanın müdafiə naziri bildirib ki, Rusiyanın Suriyadakı hərbi əməliyyatı İŞİD terrorçülarını məhv etməyə deyil, Dəməşqə dəstək üçün yönəlib. Vladimir Zaxarovun fikrincə, bu cür bəyanatlar məlum həqiqəti bir daha təsdiqləyir:

“Amerikanın öz Avropa həmkarlarını daim düzəltmək üçün hələ çox gücü var. Amerika nəyi və necə deməyi diktə edir. Bəs Rusiya xaricində, Asiyada nə baş verir? Bir çox məsələlər pərdə arxasında qalır. İran və digər ölkələrlə danışıqlar aparılır. Lakin bu haqda ucadan danışmamağa çalışırlar ki, hər hansı bir şəxsi məlumatın sızması baş verməsin”.

Amerikalıların Yaxın Şərq siyasətindən imtina edərək Moskva istiqamətində hərəkət edəcəklərini gözləmək lazım deyil. Sankt-Peterburq Dövlət Universitetinin dosenti Aleksandr Sotniçenkonun sözlərinə görə, onların məqsədləri Rusiya məqsədlərindən çox fərqlənir:

“Yaxın Şərq mətbuatı Rusiya və ABŞ-ın razılaşdıqlarını, terrora qarşı mübarizə ilə bağlı öz hərəkətlərini koordinasiya etdiklərini yazır. Əlbəttə, müəyyən koordinasiya var, onlar Suriya ərazisi üzərindən təyyarələrinin uçuşlarını razılaşdırırlar ki, toqquşma baş verməsin. Lakin bizim müxtəlif məqsədlərimiz var. Əgər Amerikaya Yaxın Şərqdə qeyri-sabitliyin saxlanılması, bütün böyük demoqrafik resursların daima bir-birinə qarşı hərəkətdə olması (şiələrin sünnilərə, ərəblərin fars və türklərə qarşı olması) vacibdirsə, bizə Yaxın Şərqdə sülhün bərqərar olması lazımdır. Məqsədlərin bu qədər fərqli olduğu üçün, ciddi koordinasiya haqda söz də gedə bilməz”.

Yenə də münasibət bildirən ekspertlərlər Vaşınqtonun öz taktikasını dəyişərək Moskva ilə daha ədalətli, açıq dialoqa başlayacağına və tam əməkdaşlığı bərpa edəcəyinə ümid edirlər. Və bu yalnız siyasi düzgünlük problemi deyil, eləcə də dünyanın gələcəyi haqda sualın cavabıdır.

Asya Qrom,

“Sputnik” (Rusiya)

Xəbər lenti
0