BAKI, 21 okt — Sputnik. Kanada İŞİD-ə qarşı hərbi əməliyyatları dayandıra bilər.
Parlamentə keçirilən seçkilərdə qalib gələn Liberal Partiyanın lideri Castin Trudo baş nazir olacağı təqdirdə ölkəsinin Suriyada hərbi əməliyyatlarda iştirakını dayandıracağını açıqlayıb.
Castin Trudo hökumət başçısı qismində keçirdiyi ilk mətbuat konfransında bildirib ki, ABŞ prezidenti Barak Obama ilə söhbəti zamanı bu məsələ əsas müzakirə mövzusu olub.
Castin Trudo qərarın nə zaman reallaşacağı və ölkəsinin koalisiyadakı sonrakı rolu barədə heç bir məlumat verməyib.