Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Hökumət parlamentə cavab verdi

© apa.azMaliyyə naziri Samir Şərifov
Maliyyə naziri Samir Şərifov - Sputnik Azərbaycan
Abunə olmaq
Milli Məclisin bu gün keçirilən iclasında Maliyyə naziri Samir Şərifov 2016-cı il büdcə layihəsinin müzakirəsi zamanı parlamentarilərin qaldırdığı təklif və sualları cavablandırıb.

BAKI, 20 okt — Sputnik. Azərbaycan hökumətinə Milli Məclis tərəfindən verilən vaxt bitdi və hökumət sualları cavablandırdı.

Sputnik xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında Maliyyə naziri Samir Şərifov 2016-cı il büdcə layihəsinin müzakirəsi zamanı parlamentarilərin qaldırdığı təklif və sualları cavablandırıb. Qaldırılan məsələsə diqqətlə öyrənilib və onların əksəriyyəti büdcəyə aid olmayıb və hökumətin sosial-iqtisadi siyasəti ilə bağlı olub. Bununla beləı dəyərli təkliflər nəzərə alınıb və hökumət tərəfindən nəzərə alınıb. Onların bir qismi mərhələli qaydada nəzərə alınacaq. Xüsusən də qaçqın və məcburi köçkünlərin mənzil problemi ilə bağlı olan məsələlər. Ölkə başçısı tərəfindən 2016-cı il üçün həmin həcm 50% artırırlaraq 150 milyona çatdırılacaq. Bu da Neft Fondundan ayırmalar hesabına olacaq.

Müzakirələrin yekunu olaraq büdcə qəbul edildi.

Xəbər lenti
0