BAKI, 20 okt — Sputnik. 250 manatdak maaş alan şəxslərin əmək haqqından vergi tutulmayacaq.
Sputnik xəbər verir ki, bunu Maliyyə naziri Samir Şərifov bu gün parlamentdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Vergi Məcəlləsinə dəyişikliklər nəzərdə tutulur və burada 250 manatdak gəliri olan şəxslərdən vergi tutulması ciddi narazıılığa səbəb olurdu. Bu məsələ hökumət tərəfindən nəzərə alınıb. Bununla bağlı məsələ Vergi Məcələsinə nəzərdə tutulan dəyişiklikdə də nəzərə alınıb.
Belə ki, bu addım 250 manat gəliri olan 500 min muzdlu çalışan şəxsin gəlirlərinin yaxşılaşmasına xidmət edəcək.