SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Yalçın Akdoğan: Kürdlər bölgədə oynanılan oyunları çox yaxşı görür

© aa.com.trЯлчын Акдоган
Ялчын Акдоган - Sputnik Azərbaycan
Abunə olmaq
Baş nazirin müavini: PKK-nın 30 ildir davam etdirdiyi fǝaliyyǝtlǝrdǝ uğur qazana bilmǝmǝsindǝ bölgǝ xalqının da rolu var.

BAKI, 20 okt – Sputnik. “PKK çox ciddi zərbələr aldı. Terror hücumlarını dayandırdıqlarına dair açıqlamalar buna görədir”. Bunu özəl televiziya kanalına müsahibəsində Türkiyə baş nazirin müavini Yalçın Akdoğan deyib. Onun sözlərinə görə hazırda PKK yox olma təhlükəsi ilə üz-üzədir və hər vəchlə atəşkəsi arzulayır.

“PKK-nın hücumları dayandırmasına dair qǝrar verməsi onların çox ciddi zərbə aldığı mənasını verir. Bu qərar həmçinin, seçki ǝrǝfǝsindǝ Xalqların Demokratik Partiyasına (HDP) siyasi dǝstǝk vermǝk mǝqsǝdlidir. Tǝşkilat HDP-nin xalqdan siyasi dǝstǝk ala bilməsi məqsədilə də belə qərar qəbul edib”. 

PKK-nın 30 ildir davam etdirdiyi fǝaliyyǝtlǝrdǝ uğur qazana bilmǝmǝsindǝ bölgǝ xalqının da rolu olduğunu deyən Akdoğan bildirib: “Bölgǝ xalqı, bir sözlə kürd əsilli vətəndaşlarımız dövlǝtin gördüyü işlǝrin fərqindədir. Oynalınan oyunları çox yaxşı görür. Bu torpaqlarda yaşayan hǝrkǝs, hamımız birlikdǝ Türkiyǝyik”.

Xəbər lenti
0