Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Moskvada "Suriya Kürdüstanı"nın rəsmi nümayəndəliyi açıla bilər

© Sputnik / Maksim BlinovMoskva
Moskva - Sputnik Azərbaycan
Abunə olmaq
Kürdlərin qənaətinə görə, nümayəndəliyin Moskvada fəaliyyətə başlaması Suriyada İŞİD-ə qarşı mübarizədə tərəflərin əməkdaşlığına köməklik göstərə bilər.

BAKI, 20 okt-Sputnik. Rusiyada "Suriya Kürdüstanı"nın rəsmi nümayəndəliyi açıla bilər.

Sputnikin APA-ya istinadən verdiyi məlumata görə, bununla əlaqədar Rusiya xarici işlər nazirliyində Demokratik Birlik Partiyasından olan Suriya kürdlərinin iştirakı ilə məsləhətləşmələrin keçiriləcəyi gözlənilir.

Kürdlərin qənaətinə görə, nümayəndəliyin Moskvada fəaliyyətə başlaması Suriyada İŞİD-ə qarşı mübarizədə tərəflərin əməkdaşlığına köməklik göstərə bilər. Rusiya xarici işlər idarəsində məlumatı hələ ki, təsdiqləməyiblər.

Öz növbəsində, türk diplomatik mənbələrindən "Kommersant"-a bildiriblər ki, bu cür addım rəsmi Ankaranın sərt reaksiyasına səbəb olacaq. Məlum olduğu kimi, Demokratik Birlik Partiyası Türkiyənin parçalanmasına çalışan PKK terror təşkilatının qoludur.

Xəbər lenti
0