BAKI, 16 okt-Sputnik. Şair Salam Sarvan Azərbaycan Yazıçılar Birliyinin üzvlüyündən çıxıb.
Sputnik-in məlumatına görə, şair bu barədə özünün "Facebook" səhifəsində yazıb.
"Yazıçılar Birliyindən çıxdım. Yəni indi elan edirəm. Bu, kimlərəsə qarşı addım deyil, kimlərəsə qarşı acıq deyil, kimlərdənsə inciklik də deyil. Sadəcə, düşünürəm ki, yaş ardıqca əlavə yüklərdən boşalmaq, yüngülləşmək lazımdı. Ümumən, bütün məsələlərdə belə bir düstura inanıram: hələ ki gec deyil!" — Salam Sarvan yazıb.