SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

MSK: Deputatlığa namizədlərin bir hissəsi namizədliyini geri götürüb

© AZƏRTAC gsr.fmMSK sәdri Mәzahir Pәnahov
MSK sәdri Mәzahir Pәnahov - Sputnik Azərbaycan
Abunə olmaq
Məzahir Pənahov: Oktyabrın 13-ə olan məlumata görə deputatlığa namizədliyi qeydə alınmış 1246 nəfərin bir hissəsi namizədliyini geri götürüb, 1000 nəfər ətrafında deputatlığa namizəd qalıb.

BAKI, 14 okt — Sputnik. Oktyabrın 13-ə olan məlumata görə deputatlığa namizədliyi qeydə alınmış 1246 nəfərin bir hissəsi namizədliyini geri götürüb, 1000 nəfər ətrafında deputatlığa namizəd qalıb.

Sputnik-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

M. Pənahov bildirib ki, MSK bülletenlərin çapı zamanı namizədliyini geri götürmüş deputatlığa namizədlərin adlarının seçki bülletenlərində yer almamasına çalışır, çünki bu, seçiciləri də çaşdırır: “Biz belə halların yaşanmaması üçün məntəqə, dairə seçki komissiyalarına da müvafiq göstəriş vermişik”.

Xəbər lenti
0