Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

İran Rәşt-Astara dәmiryol xәttinin tikmək üçün Çinlә danışıqlar aparır

© Addy.gov.azЗАО "Азербайджанские железные дороги"
ЗАО Азербайджанские железные дороги - Sputnik Azərbaycan
Abunə olmaq
Hazırda İran tərəfi Çin vә Rusiya ilә Rәşt-Astara dәmiryol xәttinin tikintisini reallaşdırmaq üçün maliyyә resurslarının ayrılması barәdә danışıqlar aparılır. Sputnik xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İranın Azərbaycandakı səfiri Möhsün Pakayin deyib.

BAKI, 12 okt — Sputnik. Hazırda İran tərəfi Çin vә Rusiya ilә Rәşt-Astara dәmiryol xәttinin tikintisini reallaşdırmaq üçün maliyyә resurslarının ayrılması barәdә danışıqlar aparılır. Sputnik xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İranın Azərbaycandakı səfiri Möhsün Pakayin deyib.

Onun sözlərinə görə, Rəşt-Astara  dәmiryol xәttinin uzunluğu 170 km olacaq. “Nәticәdә Fars körfәzi ilә Rusiya arasında dәmir yolu xәtti birlәşәcәk vә yüklәr daşınacaq", deyən diplomat əlavə etdi ki, Rəşt-Astara dəmiryolu xətti hazır olanadək yüklər Rəştədək dəmiryolu xətti ilə, oradan isə avtomobillərlə Astarayadək daşınaraq yenidən qatarlara yüklənəcək.

Səfir bildirdi ki, bu layihənin başa çatması ilə Azərbaycan və İran regionun yükdaşımada tranzit qovşağına çevriləcək: “Yüklərin Hind okeanına çıxışı imkanları olacaq.”

Qeyd edək ki, oktyabrın 9-10-da Astarada (Azərbaycan) Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyası üzvlərinin ikitərəfli görüşü keçirilib. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyindən Sputnik-ə verilən məlumata görə görüşdə Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi ilə bağlı görülən işlərin gedişi müzakirə olunub, yaradılacaq infrastruktur barədə müzakirələr aparılıb, dəhlizin Astara (Azərbaycan) — Astara (İran) hissəsinə baxış keçirilib.

Görüşün sonunda Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyası çərçivəsində Şimal-Cənub dəmiryol əlaqəsi üzrə işçi qrupunun iclasının protokolu imzalanıb. Protokolu Azərbaycan tərəfdən “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, İran tərəfdən isə İran Dəmir Yolunun baş direktoru Mohsen Purseyid Ağayi imzalayıb.

İkitərəfli görüşdə əməkdaşlığın bundan sonra daha da genişləndirilməsi qərara alınıb.

Qeyd edək ki, "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi haqqında saziş Rusiya Federasiyası, İran İslam Respublikası və Hindistan arasında 12 sentyabr 2000-ci ildə Sankt-Peterburq şəhərində imzalanıb.

Adıçəkilən ölkələrdə daxili prosedurlardan keçdikdən sonra saziş 21 may 2002-ci il tarixdən qüvvəyə minib.

2005-ci ilin sentyabr ayında Azərbaycan Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi haqqında sazişə qoşulub.

Xatırladaq ki, Şimal-Cənub dəmir yolu Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirir. Proqnozlar göstərir ki, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaq. Həmin dəhliz Avropa — Cənubi Asiya — Yaxın Şərq arasında dəmiryol daşımalarını, müvafiq olaraq dəmiryolun istər yerli, istərsə də tranzit daşımalarından əldə etdiyi gəlirləri artırmağa imkan verəcək.

Xəbər lenti
0