Quruda vəziyyət
Suriyada Rusiya aerokosmik qüvvələrinin əməliyyata başlaması ilə, Suriya quru qoşunlarının müvəffəqiyyətinin artması barədə məlumatın olmaması narahatlıq yaradırdı. Bu gün isə müəyyən aktivlik, Əsəd ordusunun Dəməşq, Palmira şəhərləri ətrafında və digər bölgələrdə İŞİD-ə qarşı zərbələri müşahidə olunur.
Fərdi terrorçu qrupların qonşu İraq və İordaniyaya keçməsi də maraqlıdır. Bununla yanaşı, İŞİD terrorçuları od altında belə, hələ də Suriyanın Palmira şəhərində qədim mədəniyyət abidələrinin məhv edilməsi üçün vaxt və imkan tapırlar. Nəticə: Rusiya aviasiyasının hava hücumları effektivdir, lakin terrorçu sıralarında ümumi çaxnaşma haqda danışmaq tezdir.
Rusiya hərbi aviasiyasından istifadə etməyi, İŞİD-in infrastrukturunu məhv etməyi Suriya qoşunlarının hərəkətləri ilə gücləndirmək lazımdır. Əks halda terrorçular qonşu ölkələrə keçib silah ehtiyyatlarını doldurub yenidən qruplaşacaqlar, hər şey yenidən başlayacaq.
Suriyada beynəlxalq terrorçulara qarşı mübarizənin müvəffəqiyyəti tamamilə koalisiya əməliyyatlarının koordinasiyasından asılıdır.
Rusiya qoşunlarının əməliyyatlarının Suriyadan xaricə çıxması mümkündürmü? Belə variant istisna edilmir. Rusiya Xarici İşlər Nazirliyinin yeni çağırışlar və təhlükələr üzrə şöbəsinin direktoru İlya Roqaçov qeyd edib: “Bizdə İraq hökumətinin müraciəti və ya Təhlükəsizlik Şurasının qərarı olsa… həm siyasi, həm hərbi məqsədəuyğunluq qiymətləndiriləcək”
Havadan müdaxilə
Sentyabrın 30-dan Rusiya hərbi-hava qoşunları İŞİD-in Suriyadakı mövqelərinə zərbələr endirərək terrorçuların hərbi texnikasını, rabitə mərkəzlərini, nəqliyyat vasitələrini və digər materiallarını məhv edirlər.
Moskva İŞİD-lə mübarizə apara bilən bütün qüvvələrin səylərinin əlaqələndirilməsi, o cümlədən, müştərək tədbirlərin planlaşdırılması üçün Birləşmiş Millətlər Təşkilatının Hərbi Qərargah Komitəsinindən istifadə etməyə çağırıb. Bağdadda beynəlxalq informasiya mərkəzi yaradılıb, İran və İraq silahlı qüvvələrinin üzvləri ilə kəşfiyyat məlumatlarını bölüşmək və havada mümkün hadisələrin qarşısını almaq üçün əməkdaşlıq qurulub. Rusiya qrupunu general-leytenant Serqey Kuralenko təmsil edir.
Rusiya ABŞ-a Amerika Hava Qüvvələrini Suriya hava məkanından aparmaq çağırışı ilə müraciət etsə də, Pentaqon buna reaksiya vermədi. Amerika Birləşmiş Ştatlarının başçılıq etdiyi 60 ölkə koalisiyası Suriyada İŞİD-ə qarşı fəaliyyət planına dəyişiklik etməyə hazırlaşmır.
Bundan əlavə, Rusiyanın Suriyada hava əməliyyatına başladığından sonra, Pentaqonda mülayim Suriya üsyançılarını Rusiya hücumlarından müdafiə etmək üçün hərbi gücün istifadə edilməsi və mümkün nəticələr müzakirə olundu. Bu ssenarinin aşağı ehtimallı olduğuna baxmayaraq, müzakirə faktı aşkardır.
Dəniz dəstəyi
Aralıq dənizinin şərqindəki Rusiya Hərbi dəniz donanması da İŞİD-ə qarşı silah istifadə etməyə hazırdır. Aralıq dənizi donanması İŞİD-in hərbi infrastrukturunun kəşfiyyatını həyata keçirmək və quru qoşunlarla birlikdə Laziqiyyə vilayətindəki hava limanının etibarlı müdafiəsini təmin etməyə qadirdir.
Aralıq dənizinə gələn Qara Dəniz Donanmasının dənizçiləri, eləcə də xüsusi təyinatlı qruplar, donanmanın Tartusdakı maddi-texniki bazasını və Laziqiyyə limanı yaxınlığındakı müvəqqəti Rusiya aviabazasını qoruyurlar. Yerdə isə İŞİD-ə qarşı Suriya Ərəb Respublikasının qüvvələri mübarizə aparırlar.
Beynəlxalq reaksiya
Qərb ölkələri Rusiyanın Suriyadakı İŞİD infrastrukturuna hücum qərarını səssiz qarşıladılar. Suriya probleminin əsas müzakirə yeri Rusiya xarici işlər naziri Sergey Lavrovun başçılıq etdiyi BMT Təhlükəsizlik Şurasının iclası oldu.
Bu zaman, ABŞ-ın dövlət katibi Rusiya tərəfini Bəşər Əsədə kömək etmək məsələsində xəbərdarlıq etdi, Rusiya tərəfi isə İŞİD-i BMT Təhlükəsizlik Şurasının anti-terror sanksiyalar siyahısına fərdi cavabdeh kimi daxil etməyi təklif etdi.
Rusiya və ABŞ-ın hərbi şöbə və kəşfiyyat orqanları Suriyadakı vəziyyətlə bağlı informasiya mübadiləsini yaradırlar. Məlumat mübadiləsində Yaxın Şərq regionunun bir sıra ölkələri də iştirak edirlər. Vladimir Putinin sözlərinə görə, bu mexanizm daimi olmalıdır, antiterror koalisiyanın bütün ölkələri isəməlumat mübadiləsində maraqlı olmalıdırlar. Kəşviyyat məlumatlarının mübadiləsinin xeyirini bu yaxınlarda ABŞ hava qüvvələrinin səhvən tibb müəssisəsinə zərbə endirməsi də təstiqləyir.
Oktyabrın 1-i Fransa lideri Fransua Olland bildirib ki, Suriyadakı hava zərbələri yalnız İŞİD-ə qarşı yönəlməlidir. Lakin oktyabrın 5-də prezidentinin mövqeyini Fransa xarici işlər Nazirliyi düzəltdi: “Suriyada hava hücumu bütün terroristlərə yönəlməlidir”.
Lakin digər fikirlər də var. Amerikanın “Bloomberg” aqentliyi qeyd edir ki, “Suriyadakı Putin – Ukraynadkı Putindir”.
Səudiyyə Ərəbistanı BMT-dan Suriyada Rusiya hava hücumlarını saxlamağı tələb etdi, Fransa, Almaniya, Qətər, Türkiyə, İngiltərə və ABŞ isə bu narahatlığı paylaşdılar. Bu isə Qərbin olduqca mübahisəli mövqeyini əks etdirir.
Aleksandr Xrolenko,
“RİA-Novosti”nin eksperti