Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Büdcəmiz üçün optimist və pessimist variantlar açıqlanıb

© trendСамир Шарифов
Самир Шарифов - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanın dövlət büdcəsi əsasən neftdən gələn gəlirdən asılıdır. Əgər neftin qiyməti 40 dollar və ondan aşağı olarsa ona uyğun büdcə sistemi hazırlanıb.

BAKI, 7 okt — Sputnik. "Dünyadakı qeyri-iqtisadi şərait nəzərə alınaraq alternativ büdcə variantları hazırlanıb". Bunu Maliyyə naziri Samir Şərifov Milli məclisdəki çıxışı zamanı deyib.

Nazir, növbəti il üçün pessimist və optimist variantların mövcud olduğunu bildirib.

"Nəzərə almaq lazımdır ki, Azərbaycanın dövlət büdcəsi əsasən neftdən gələn gəlirdən asılıdır. Əgər neftin qiyməti 40 dollar və ondan aşağı olarsa ona uyğun büdcə sistemi hazırlanıb. 2-ci variant isə optimist variantdır ki, bunun üçün hazırlanan sistem neft qiymətinin 60 dollar və yuxarı olmasına bağlıdır. Hələ ki, növbəti il üçün hazırlanan büdcədə neftin qiymətinin 1 bareli 50 dollar olaraq götürülübdür"

Nazir onu da əlavə edib ki, alternativ büdcə sisteminin hazırlanması ölkəmizə dünya iqtisadiyyatında baş verəcək hər hansı proseslərə çevik reaksiya verməyə imkan yaradacaq.

Samir Şərifov daha sonra bunları əlavə edib:

"Azərbaycanın büdcə gəlirlərinin formalaşmasında iki şok təsiredici amil var. 1-cisi neftin qiymətinin aşağı düşməsidir. Belə ki son dövrlərdə neft qiymətinin 60 faiz aşağı enməsi dövlət büdcəsinin gəlirlərinin azalmasına səbəb olub. İkinci şok təsiredici məqam isə qonşu dövlətlərin valyutalarının kəskin ucuzlaşması ilə bağlıdır. Nəticədə ölkəmizin istehsal etdiyi məhsullar rəqabətə tab gətirə bilməyib. Ona görə də hökumətimiz bu qeyri əlverişli iqtisadi şəraitdə müvafiq tədbirlər həyata keçirməkdədir"

Yığıncaqda Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev də çıxış edib:

"Azərbaycanın 2016-cı il dövlət büdcəsi dünyada baş verən qlobal iqtisadi proseslər nəzərə alınmaqla hazırlanıb. Ona görə də ölkə iqtisadiyyatında elə də ciddi kataklizimlər gözlənilmir. Bu ehtimal sıfıra bərabərdir"

Xəbər lenti
0