BAKI, 7 okt — Sputnik. Yarana biləcək hər hansı anlaşılmazlıqların qarşısını almaq üçün Türkiyə və Rusiya müdafiə nazirlikləri birgə çalışacaqlar.
Bu barədə Türkiyə Müdafiə nazirliyi Rus tərəfinə təklif göndərib. Rusiyanın təklifi müsbət qarşıladığı bildirilib.
Rusiya Müdafiə Nazirliyinin generalı İqor Konaşenkov bu barədə mətbuata geniş açıqlama verib. Onun sözlərinə görə, ölkəsinin Türkiyədəki hərbi attaşesi izahat verilməsi üçün Müdafiə Nazirliyinə çağırılıb.
Türk hərbçiləri Suriya ilə sərhəddə MiQ-29 qırıcı təyyarəsi aşkarlamışdı.