BAKI, 6 okt – Sputnik. Türkiyənin paytaxtı Ankarada baş nazir Әhmǝd Davudoğlunun liderliyində tǝhlükǝsizlik yığıncağı keçirilib.
Yığıncağa nazirlərlə yanaşı, Baş Qǝrargah rǝisinin müavini Yaşar Gülǝr, ordu komandirlǝri, Milli Kǝşfiyyat Tǝşkilatının rǝhbǝri Hakan Fidan, Polis şefi Cǝlalǝddin Lǝkǝsiz vǝ digər bürokratlar da qatılıb.
3 saat davam edən yığıncaqdan sonra mətbuata yazılı açıqlama verilib.
“Suriya və İraqdakı böhran, o cümlədən Türkiyə hava məkanının pozulması da daxil olmaqla bir çox geosiyasi məsələlər ciddi şəkildə müzakirə edilmişdir”, deyə Baş nazirliyin bəyanatında qeyd olunur.
Toplantıdan sonra verilən yazılı açıqlamada, NATO-nun Türkiyənin yanında olmasından duyulan məmnuniyyət də dilə gətirilib.