BAKI, 5 okt — Sputnik. Respublika ərazisində yağmurlu hava şəraiti davam edəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sputnik-ə verilən məlumata görə, bu gün Azərbaycanın rayonlarında şimşək çaxacağı, yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 14-19, gündüz 22-27, dağlarda gecə 6-11, gündüz 13-18 dərəcə isti olacaq.
Bakı və Abşeron yarımadasına gəldikdə isə buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, fasilələrlə yağış yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Abşeron yarımadasında gecə 16-19, gündüz 22-25, Bakıda gecə 16-18, gündüz 22-24 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət 85-95 faiz təşkil edəcək.
Artıq oktyabrın 4-dən başlayaraq respublikanın şimal-qərb, şimla və cənub bölgələrində güclü yağışlar yağıb. Yağışlı hava cənub bölgəsində davam edir. Yağmurli hava artıq kəndə təsərrüfatı sahələrinə və bəzi sosial məişət obyektlərinə ziyan vurmaqdadır. Artıq əkin sahələrinə və bir sıra yaşayış məntəqələrində həyətyanı ərazilər, zirzəmilər su ilə dolub.