BAKI, 5 okt – Sputnik. ABŞ-ın Cənubi Karolina ştatında güclü sel səbəbilə fövqəladə vǝziyyǝt elan edilib. Bu barədə prezident Barak Obama sərəncam imzalayıb.
Bir çox yerlərin sular altında qalmasına səbəb olan Xoakin qasırğası, Karolinada həyatı ifliç edib. Fırtınanın saatdaki sürəti isə 160 kilometrə çatıb.
Ölkənin şərq sahillərində təsirli olan qasırğanın şimala doğru irəlilədiyi bildirilir.