BAKI, 1 okt — Sputnik. Azərbaycan çempionu "Qarabağ" Avropa Liqasının qrup mərhələsi çərçivəsində II görüşünü bu gün keçirib.
Sputnik-in məlumatına görə, Ağdam təmsilçisi Belçikanın adlı-sanlı klublarından olan "Anderlext"i qəbul edib.
Oyun Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda keçirilib.
Görüşdə hesabı 36-cı dəqiqədə Riçard Almeyda açıb. Hər iki komanda hücumlarının davam etdirsələr də, oyunda bir daha top vurulmayıb və görüş bu hesabla da başa çatıb.
Beləliklə "Qarabağ" Avropa Liqasının qrup mərhələsində ilk qələbəsini qazanıb.
"Qarabağ" bu qrupda ilk oyununda İngiltərədə "Tottenhem"ə 1:3 hesabı ilə məğlub olub.