BAKI, 1 okt — Sputnik. Sabah Parisdə Vladimir Putinlə Pyotr Poroşenko arasında ikitərəfli görüşün keçirilməsi gözlənilir.
Sputnik Ukrayna mətbuatına istinadən xəbər verir ki, Kiyev hazırda Vladimir Putinlə Pyotr Poroşenko arasındakı görüşün Parisdə “Normandiya dördlüyü” liderlərinin görüşü çərçivəsində keçirilməsi məsələsinə baxır.
“Bu gün Rusiya tərəfdən iki lider arasında görüş keçrilməsi ilə bağlı təklif var və biz hazırda bu məsələni müzakirə edirik”, — deyə Ukrayna prezidentinin təmsilçisi Konstantin Yeliseyev vurğulayıb.
O belə bir görüşün sabah Parisdə baş tutacağını istisna etməyib.
Qeyd edək ki, “Normandiya dördlüyü” liderləri Fransa prezidenti Fransua Olland, Almaniya kansleri Angela Merkel, ukrayna prezidenti Pyotr Poroşenko, Rusiya prezidenti Vladimir Putin arasında Parisdə görüş olacaq.
“Normandiya dördlüyü” bu görüşdə Donbasda keçirilən seçkilər məsələsini Putinin qarşısında qaldıracaqlar.